Əsas Səhifə > Ölkə, Manşet > İVANAŞVİLİNİN NECƏ YOLA GƏLMƏSİ HAQDA ŞOK FAKT
İVANAŞVİLİNİN NECƏ YOLA GƏLMƏSİ HAQDA ŞOK FAKT12-03-2013, 13:27 |
GÜRCÜSTANIN BAŞ NAZİRİNƏ BAHALI HƏDİYYƏ DİA.AZ: - Gürcüstanda səfərdə olan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin Borçalıda Azərbaycan kəndlərinə təbii qazın verilməsinin açılışı mərasimində iştirak etməklə yanaşı, həm də Tiflisdə «SOCAR»ın iki yanacaqdoldurma məntəqəsinin də açılışını edib. Xatırladaq ki, Bidzina İvanaşvilinin hakimiyyətə gəlişindən sonra Gürcüstanın yeni hökuməti ilə rəsmi Bakı arasında soyuqluq yaranmışdı. Amma bu soyuqluq sonradan aradan qaldırıldı. Və nəticədə rəsmi Bakı Bakı-Tiflis-Qars dəmiryolu xətti layihəsinə əlavə olaraq 75 milyon dollar ayırdı. Eyni zamanda rəsmi Bakının əlavə açıqlanmayan güzəştlərə də getdiyi söylənilir. Onu da bildirək ki, Azərbaycan dövləti ilə yanaşı, ARDNŞ prezidenti Rövnəq Abdullayevin də Gürcüstanda problemlər yaşadığı məlum idi. Belə ki, Gürcüstanda böyük biznesi olan ARDNŞ prezidentinin Gürcüstandakı bir nömrəli adamı - «Socar Georgia»nın vitse-prezidenti Mahir Məmmədli hətta gürcü vergi polisinin ittiham hədəfinə də çevrilmişdi. Lakin sonradan bu münasibətlər də yoluna qoyuldu. DİA.AZ-a daxil olan son informasiyalardan isə aydın olur ki, Rövnəq Abdullayev rəsmi güzəştlərlə yanaşı, Gürcüstanın yeni baş naziri Bidzina İvanaşviliyə bahalı hədiyyələr də edib. Mənbənin söylədikləri: «İvanaşvili vəzifəyə gəlincəyə qədər imkanlı oliqarx kimi tanınsa da, onun sərvətinin azərbaycanlı oliqarxlarla müqayisədə heç də iddialı olmadığı da aydındır. Odur ki, Rövnəq Abdullayevin gürcü baş nazirə etdiyi bahalı hədiyyə lap yerinə düşüb». Mənbəmizin sözlərinə görə, ARDNŞ prezidenti «gürcü arzusu» koalisiyasının liderini yola gətirmək üçün ona qiyməti 1 milyon avroya yaxın olan bahalı daş-qaşla bəzədilmiş, qızıl işləməli xalis gümüşdən xəncər hədiyyə edib. Məlumata görə, 4 kiloqramdan artıq çəkisi olan xəncərin üzərində iri brilyant qaşlar da var ki, bu da hədiyyənin dəyərini qat-qat artırıb. Geri qayıt |