Əsas Səhifə > Ölkə > DAHA BİR REKET BAŞ REDAKTOR HƏBS OLUNDU
DAHA BİR REKET BAŞ REDAKTOR HƏBS OLUNDU29-11-2011, 12:34 |
“DÜZ XƏBƏR” ADLI QƏZET DƏ VAR İMİŞ Azərbaycanda qəzet baş redaktoru tutulub. Bu barədə APA-ya Gəncə Şəhər Baş Polis İdarəsindən bildirilib. Məlumata görə, Gəncədə fəaliyyət göstərən “Düz Xəbər” qəzetinin baş redaktoru Habil Allahyarov dələduzluqda təqsirli bilinərək saxlanılıb. O, bir neçə şəhid ailəsindən pul alaraq onları evlə təmin edəcəyini vəd edib. Bundan başqa, H. Allahyarov daha bir neçə nəfərdən pul alaraq onları işə düzəltmək adı ilə aldadıb. Hazırda H. Allahyarovun digər dələduzluq əməllərinin olub-olmaması araşdırılır. Faktla bağlı cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir. Geri qayıt |