Əsas Səhifə > Partiya > DAK-DA MİRZƏ İBRAHİMOV GECƏSİ

DAK-DA MİRZƏ İBRAHİMOV GECƏSİ


29-11-2011, 12:39
DAK-DA MİRZƏ İBRAHİMOV GECƏSİ

TƏDBİR SABAHA NƏZƏRDƏ TUTULUB

Dünya Azərbaycanlıları Konqresinin Ağsaqqallar Şurasının və Qadınlar Təşkilatının təşkilatçılığı ilə 30 noyabr 2011-ci il tarixdə, saat 13-00da Azərbaycan Atatürk Mərkəzində Azərbaycanın görkəmli yazıçısı Mirzə İbrahimovun anadan olmasının 100 illik yubileyi münasibəti ilə yaradıcılıq gecəsi keçiriləcək.

Qurumun mətbuat xidmətindən daxil olan məlumata görə, gecədə, Mirzə İbrahimovun həyat və yaradıcılığı haqında məruzə dinləniləcək və onun Azərbaycan ədəbi fikrinin formalaşmasındakı rolundan bəhs olunacaq.

Tədbirdə tanınmış yazarlar, mədəniyyət xadimləri, QHT təmsilçiləri və KİV nümayəndələri iştirak edəcək. Tədbirin təşkilatçısı Dünya Azərbaycanlıları Konqresinin Qadınlar Təşkilatının sədri, ictimai xadim Dünyaxanım Əliyeva bildirib ki, “Mirzə İbrahimovun 100 illik yubileyini keçirməkdə məqsədləri görkəmli Azərbaycan mütəfəkkirinin həyat və fəaliyyəti, Azərbaycan ədəbi fikrinin formalaşmasındakı rolu barədə gənc nəsil arasında maarifləndirmə işi aparmaqdır”.


Geri qayıt