Əsas Səhifə > Cəmiyyət > ŞAMAXILILAR PREZİDENTDƏN KÖMƏK İSTƏDİ

ŞAMAXILILAR PREZİDENTDƏN KÖMƏK İSTƏDİ


15-03-2013, 11:46
ŞAMAXILILAR PREZİDENTDƏN KÖMƏK İSTƏDİ
Şamaxı rayonundan redaksiyamıza şikayət məktubu göndərilib. Həmin məktubu bəzi redaktələrlə təqdim edirik:
“Şamaxı təhsilini 4 nəfər insan uçuruma doğru aparır. Bu rayonda cənab prezidentin siyasətinə qarşı çıxılır. Çünki burada hər şey əksinədir. İşini yaxşı bilən məmurları işdən çıxarmaq istəyirlər, işində bir çox cinayət törətmiş məmurları isə müdafiə edərək işində saxlayırlar.Buna misal olaraq rayon təhsil şöbəsinin müdirini göstərmək olar.Rayonda yeganə idarə müdiridir ki, tam gücü ilə bacardığı qədər əhali və onun övladları üçün əlindən gələni edir.İndi isə onu ləkələyib işdən çıxarmaq istəyirlər.Çünki onlara özləri kimi rüşvətxor işini bilməyən və işləməyən insanlar sərf edir.Şamaxının ən böyük və perspektivli, eləcə də 1000-dən artıq şagirdinin təlim-tərbiyə aldığı iki məktəbinə, şəhər 2 saylı və 6 saylı məktəblərinə qanunları kobud şəkildə pozan, əməllərində cinayət tərkibi olan insanlar rəhbərlik edir. Bu şəxslərin hər ikisi “Əmək Məcəlləsi” ilə işdən azad olunsalar da amma yenidən işlərinə qaytarılıblar. 2 saylı tam orta məktəbin direktoru İslam Baxşıyev o dərəcədə dövlətin qanunlarını saymır ki, öz yaşını azaldaraq özünü cavanlaşdırıb ki, işinə bərpa olunanda problem olmasın.Şamaxı icra hakimiyyəti ,Milli Təhlükəsizliy Nazirliyinin Şamaxı Şöbəsi,Şamaxı Polis Şöbəsi eləcədə digər aidiyyatı qurumlar bununla maraqlansalar və onun doğum haqqında şəhadətnaməsinin, şəxsiyyət vəsiqəsinin kötüyünü araşdırsalar bunu açıq-aydın görmüş olarlar. Həmçinin ondada VVAQ (Şamaxı qeydiyyat şöbəsi) cavab vermiş olar ki, belə bir hal hansı qanuna əsasən olur.Bundan əlavə o ailə məişət münaqişəsinə görə uzun müddət həbsdə yatıb. Eləcə də rüşvətxorun biridir.Onun haqqında neqativ halları saymaqla bitməz.İkinci şəxs olan 6 saylı məktəbin direktoru Xanlar Rəhimzadəyə də İslam Baxşıyeva aid olan neqativ halların çox hissəsi aiddir.Bu şəxs də direktor işlədiyi uzun illər ərzində dövlət əmlakını mənimsəməkdən tutmuş, müəllimlərdən hər ay məcburi şəkildə pul yığmağa qədər əməllər törədib. Belə insanlara havadarlıq edən əsas şəxslər isə icra başçısının müavinləri Qasım Qasımov və Əşrəf Şükürovdur. Bunlar da rüşvətxor, iş bacarmayan, Şamaxının inkişafını, övladlarımızın savadlı olmasını istəməyən olduqlarından belə insanlara havadarlıq edirlər. Bu 4 nəfər bir mafioz qrupun üzvü olduğu üçün onlara arxa olaraq Şamaxı təhsilini məhv edirlər. Şamaxı təhsilinə qısa müddət ərzində rəhbərlik edən Səadət Veysova bu iki şəxsin hər iksini işdən azad etsə də,onlar sonradan külli miqdarda pul verərək, həmçinin özlərini yuxarıdan keçmiş başçıya tapşırtdıraraq yenidən işlərinə qayıtdılar. İndi bu insanlar Şamaxıda icra başçısının dəyişməsini fürsət bilərək dördüdə birləşərək Səadət Veysovaya qarşı çox çirkin və qərəzli kampaniyaya başlayıblar. Onun işdən azad olunması haqqında rayonda gəzən söz-söhbətlər biz valideynləri narahat edir, çünki Səadət xanım Şamaxının təhsildə 30 ildə görmədiyini bu qısa müddətdə biz açıq-aydın hiss etmişik.Yeni icra başçısı bu müavinlərin sözünə baxsa, Şamaxının və təhsilinin inkişafından danışmağa dəyməz.Biz Şamaxı valideynləri adından Cənab prezidentə müraciət edirik ki, niyə belə bir insanlar işdən azad olunmurlar.Sizin təyin etdiyiniz yeni icra başçısı Asif Ağayev niyə axı müavinlərin sözünə qulaq asaraq cinayət törətmiş şəxsləri işdən azad etmir. Amma çox yaxşı işləyən, rayonumuzun təhsilini inkişaf etdirəni isə işdən çıxartmaq istəyirlər.
Cənab prezident! Bu şəxslər sizi və ölkəmizin inkişafını istəməyən şəxslərdir. Çünki onlar yalnız özlərini və qazanclarını düşünürlər. Seçki ili olduğunu bilərək əhalini narazı salmaq istəyirlər.
Cənab prezident, biz çoxsaylı valideynlər Bakıya yürüş etmək istəyirdik, amma seçki ilinin olmağını nəzərə alıb vaz keçdik.
Sizdən artıq dərəcədə bu işdə bizə kömək etməyinizi xahiş edirik.Çünki bizim övladlarımızın təhsili bizim üçün hər şeydən artıqdır. Bunu sizə minlərlə valideyn adından yazırıq.
Sizdən də bu yazını dərc edib ictimailəşdirilməsini xahiş edirik.Əvvəlcədən təşəkkürlər”.
Gunxeber.com

Geri qayıt