Əsas Səhifə > Hadisə > MASALLIDA 2 YANĞIN HADİSƏSİ

MASALLIDA 2 YANĞIN HADİSƏSİ


18-03-2013, 10:37
MASALLIDA 2 YANĞIN HADİSƏSİ
EV VƏ TÖVLƏ YANĞINDAN QURTARILIB

Ötən gecə Masallıda iki yanğın hadisəsi baş verib. Bu barədə APA-nın cənub bürosuna Fövqəladə Hallar Nazirliyinin Masallı Rayon Yanğından Mühafizə Hissəsindən məlumat verilib. Məlumata görə, birinci yanğın hadisəsi martın 17-də saat 21.00 radələrində Masallı şəhər sakini, 1972-ci il təvəllüdlü Kamran Fayaz oğlu Cəfərova məxsus fərdi yaşayış evində qeydə alınıb. Hadisə yerinə cəlb olunmuş iki yanğınsöndürən maşın və canlı qüvvənin səyləri nəticəsində yanğının qonşu tikililərə keçməsinin qarşısı alınıb. Yanğın zamanı, ümumi sahəsi 187 kv.m olan birmərtəbəli 7 otaqlı evin bir otağının tavanı və dam örtüyünün yanar konstruksiyaları 12 kv.m sahədə içindəki məişət avadanlıqları ilə birlikdə yanaraq sıradan çıxıb.

İkinci yanğın hadisəsi isə martın 18-də saat 02.30 radələrində rayonun Qızılağac kənd sakini, 1943-cü il təvəllüdlü Əlövsət Musavət oğlu Əliyevə məxsus ümumi sahəsi 153 kvadratmetr tövlədə qeydə alınıb. Yanğın nəticəsində tövlənin çardaq hissəsi 10 kv.m sahədə və buraya yığılmış ot bağlamaları qismən yanaraq yararsız vəziyyətə düşüb. Tövlənin və otun qalan hissəsi isə yanğınsöndürənlərin səyləri nəticəsində mühafizə olunub.

Hər iki faktla bağlı araşdırma aparılır.

Geri qayıt