Əsas Səhifə > Cəmiyyət > XADİMƏNİN MAAŞ KARTINI CİBİNDƏ GƏZDİRİR

XADİMƏNİN MAAŞ KARTINI CİBİNDƏ GƏZDİRİR


19-03-2013, 12:19
XADİMƏNİN MAAŞ KARTINI CİBİNDƏ GƏZDİRİR
Şamaxı rayonundakı Heydər Əliyev Mərkəzinin direktoru Dilşad Əhmədli ilə bağlı "AzeriNews.org"a şikayət məktubu daxil olub. Məktubu bəzi redaktlərlə təqdim edirik:
“Şamaxı rayonu Heydər Əliyev Mərkəzi 2007-ci ildə istifadəyə verilib. Elə həmin vaxtdan indiyə kimi mərkəzin yeganə xadimə ştatının maaş kartı mərkəzin direktoru Dilşad Əhmədlinin cibindədir. Həmin dövr ərzində hesablanan əmək haqqı 5000 manatdan yuxarıdır ki, bu da dövlət pulunu mənimsəmək kimi qəbul olunur və cinayət tərkibi daşıyır. Bundan əlavə, direktor heç bir savadı olmayan diplomsuz oğlunu fond mühasibi vəzifəsinə qoyub. Xatırladaq ki, onun indiyə qədər cibində gəzdirdiyi maaş kartının sahibi Qəribova Nüşabə özünün yaxın qohumudur, adı işdə olsa da işə gəlməyib. Son məlumatlara görə, adı çəkilən şəxs təqaüdə çıxdığından direktor digər qohumunu bu işə qoyub və eyni qayda ilə dövlətin pullarını mənimsəyir. Onun bu hərəkətlərinin arxasında qohumu-rayon İHB-nın müavini Əşrəf Şükürov dayanır”.
Məktubda adıçəkilən çəxslərin də mövqeyini dərc etməyə hazırıq.

Geri qayıt