Əsas Səhifə > Hadisə > ŞİRVAN-SABİRABAD YOLUNDA TÜKÜRPƏDİCİ QƏZA

ŞİRVAN-SABİRABAD YOLUNDA TÜKÜRPƏDİCİ QƏZA


22-03-2013, 10:44
ŞİRVAN-SABİRABAD YOLUNDA TÜKÜRPƏDİCİ QƏZA
Bu gün səhər saatlarında Şirvan-Sabirabad yolunda dəhşətli yol qəzası olub. Bu qorxunc olay nəticəsində avtomobildə olanlar həyatını itirib. Bu barədə ANS PRESS-ə hadisə şahidləri məlumat veriblər. Onların sözlərinə görə, Şirvandan Sabirabada gedən yolda hərəkət edən 3 avtomobil toqquşub.
Olay şahidləri ANS PRESS-ə bildirdilər ki, qəza “VAZ 2107” markalı minik maşını ilə "Mercedes" markalı avtomobil toqquşması nəticəsində baş verib.

Hazırda əraziyə Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları və Təcili yardım briqadası işləyir.

Olay təfərrüatlarını yazmaqda davam edəcəyik.

***

Sabirabad Rayon Polis Şöbəsindən ANS PRESS-ə bildirdilər ki, bu gün səhər saatlarında Şirvan-Sabirabad yolunda baş verən qəzaya səbəb "Mercedes" markalı avtomobil, VAZ 2107 və VAZ-2115 markalı maşınların toqquşması olub. Qəza nəticəsində 2 nəfər ölüb, 2-si isə ağır yaralanıb. Yaralananlar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Hazırda Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları ölən və yaralananların kimliyini və hadisənin baş vermə səbəblərini araşdırır.

Geri qayıt