Əsas Səhifə > Hadisə > KÜRDƏMİRDƏ AĞIR YOL QƏZASI

KÜRDƏMİRDƏ AĞIR YOL QƏZASI


24-03-2013, 10:38
KÜRDƏMİRDƏ AĞIR YOL QƏZASI
Kürdəmir rayonunda iki nəfərin ölümü ilə nəticələnən ağır avtomobil qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə martın 24-ü saat 7:00 radələrində Bakı-Qazax avtomobil yolunun 203-cü kilometrliyində, Kürdəmirin Xırdapay kəndi ərazisində qeydə alınıb.

Kürdəmir sakini, 1968-ci il təvəllüdlü Mürsəlov Şamil Talıb oğlunun idarə etdiyi 33 BB 218 dövlət nömrə nişanlı, VAZ 2103 markalı minik maşını qarşı tərəfdən gələn, 1990-cı il təvəllüdlü Güləliyev Vasif Səfixan oğlunun idarə etdiyi 90 PX 712 dövlət nömrə nişanlı, “KamAZ” markalı yük maşını ilə toqquşub.

Hadisə nəticəsində VAZ 2103-ün sürücüsü Şamil Mürsəlov və sərnişini, 1996-cı il təvəllüdlü Rəhimov Elvin Möhkəm oğlu hadisə yerində dünyasını dəyişib. Elvin Rəhimovun anası, 1968-ci il təvəllüdlü Rəhimova Dilarə Tacəddin qızı isə ağır dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

Geri qayıt