Əsas Səhifə > Ölkə, Manşet > SAMİR ŞƏRİFOVUN İŞÇİSİNDƏN NARAZILIQ VAR

SAMİR ŞƏRİFOVUN İŞÇİSİNDƏN NARAZILIQ VAR


24-03-2013, 14:30
SAMİR ŞƏRİFOVUN İŞÇİSİNDƏN NARAZILIQ VAR
XOCAVƏND MALİYYƏSİNDƏ ÖZBAŞINALIQ

DİA.AZ: - Redaksiyamıza daxil olan məlumatlardan aydın olur ki, bu gün ən ciddi qanun pozuntularının müşahidə olunduğu maliyyə qurumlarından biri də Xocavənd rayon Maliyyə Şöbəsidir. Bildirək ki, bu şöbəyə rəhbərlik edən Fəyyaz Azadovla bağlı yerli mətbuatda davamlı olaraq müxtəlif ittihamlar səsləndirlib.

Bu barədə DİA.AZ-a daxil olan informasiyalardan isə aydın olur ki, rayonun xüsusən təhsil və səhiyyə sahələrnin inkişafı üçün ayrılmış dövlət vəsaiti heç də tam həcmdə ünvanyönlü şəkildə xərclənmir. Mənbənin söylədikləri: “Hesabat və məruzələrdə şişirdilmiş rəqəmlər göstərilir, idarənin fəaliyyətində "Dövlət büdcəsi haqqında" qanunun bir çox maddələri də kobud şəkildə pozulur. Belə ki, həmin qanuna əsasən Maliyyə İdarəsi tərəfindən büdcədən maliyyələşən təşkilatların üç ildə bir dəfədən az olmayaraq təftiş olunması nəzərdə tutulsa da, Xocavənd rayonundakı təşkilatlardan bəziləri ildə bir neçə dəfə yoxlanıldığı halda, digərlərinin fəaliyyəti ümumiyyətlə təftiş edilmir”.

Məlumatlarda xüsusi olaraq qeyd olunur ki, Xocavənd rayon Maliyyə Şöbəsinin rəisi Fəyyaz Azadovun öz işində yol verdiyi bir çox ciddi nöqsanlar müxtəlif vaxtlarda Maliyyə Nazirliyi tərəfindən aparılmış yoxlamalar zamanı da aşkar olunub. Lakin nədənsə həmin nöqsanların aradan qaldırılması və qanun pozuntularına yol vermiş şöbə rəisinin cəzalandırılması istiqamətində konkret addımlar atılmayıb.

Mənbənin söylədikləri: “Yuxarı instansiyaların problemlərə belə yanaşma tərzi isə bir tərəfdən vətəndaşların hüquqlarının pozulmasına, digər tərəfdən də dövlət vəsaitlərini külli miqdarda mənimsənilməsi hallarına getdikcə daha çox rəvac verir. Başqa sözlə desək, rəhbərləri “xüsusi imtiyazlardan” yararlanan maliyyə idarələrinin bir çoxu müəyyən vasitələrlə bütün yoxlama və təftişlərdən yayınmağa müvəffəq ola bilirlər”.

Qeyd edək ki, Xocavənd rayon Maliyyə Şöbəsinin işində yer almış müxtəlif əyintilər barədə redaksiyamıza çoxsaylı maraqlı faktlar təqdim olunmuşdur. Məsələn, məlumatlarda göstərilir ki, F.Azadov Xocavənd RİH-nin mədəniyyət şöbəsində malik olduğu təsir vasitələrinin köməyi ilə rayonun musiqi məktəblərində çalışan müəllimlərin də dərs saatlarının ixtisarına nail olub. Yəni hətta şöbə müdiri “öz zonasından” kənarda da pul qazanmağın yollarını bilir. Və bildirilənə görə, dərs saatlarını 127-dən 114-ə salmış F.Azadov onların bərpası üçün hər məktəbdən 1800 manat məbləğində haqq tələb edir...

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq...

Geri qayıt