Əsas Səhifə > Cəmiyyət, Manşet > NAZİRLƏR KABİNETİ QARŞISINDA ETİRAZ AKSİYASI
NAZİRLƏR KABİNETİ QARŞISINDA ETİRAZ AKSİYASI25-03-2013, 16:25 |
KEÇMİŞ HƏRBÇİLƏR HAQQINI ARAYIR DİA.AZ: - Keçən həftə məlumat verərək bildirmişdik ki, bir qrup ehtiyatda olan hərbçi Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsinə müraciət edəcək. Müraciət edəcək hərbçilərin DİA.AZ-a verdiyi məlumata görə, onlar məzuniyyətlə bağlı Nazirlər Kabinetinin qərarından narazıdırlar: “1992-ci ildən 1994-cü ilə qədər ümumiyyətlə məzuniyyətdə olmamışıq və məzuniyyət pulu almamışıq. 1994-cü ildən 2003-cü ilə qədər isə məzuniyyət və paltar pulu bizə verilməyib. Bununla bağlı kompensasiyanın yalnız hazırda xidmətdə olan hərbçilərə şamil edilməsi ədalətsiz yanaşmadır. Belə çıxır ki, bizim xidmətimiz xidmət sayılmır? Və ya 1 il gec təqaüdə çıxsaydıq, bu qərar bizə də şamil olunacaqdı. Bütün ehtiyatda olan hərbçilər bu qərardan narazıdır və buna yenidən baxılmalıdır“. Bununla bağlı DİA.AZ-a daxil olan son məlumatlardan isə aydın olur ki, artıq tələblərini rəsmi müraciət formasında hazırlayan ehtiyatda olan hərbçilər tələblərinin nəzərə alınmayacağı təqdirdə etiraz aksiyası keçirməyi də düşünürlər. Bu barədə verilən xəbərdə bildirilir: «Onlar tələblərinin eşidilməyəcəyi təqdirdə Nazirlər Kabinetinin qarşısında aksiya keçirəcəklər. Təxminən 1000-ə yaxın keçmiş hərbçidir». Mövzu diqqətimizdədir. Bizi izləməkdə davam edin… Geri qayıt |