Əsas Səhifə > Ölkə > GÜLƏR ƏHMƏDOVANIN OĞLU KİMİ HƏDƏLƏYİR?
GÜLƏR ƏHMƏDOVANIN OĞLU KİMİ HƏDƏLƏYİR?27-03-2013, 11:56 |
"GƏLƏCƏM HAMINIZI"... Adı rüşvət qalmaqalında hallanan, hazırda həbsdə olan sabiq millət vəkili Gülər Əhmədovanın vəkili Eldar Qədimi sabah onunla görüşəcək. Bu barədə hafta-ichi.az-a G.Əhmədovanın vəkili özü məlumat verib. O həmçinin əlavə edib ki, müdafiə etdiyi şəxsin aclıq aksiyasına başlaması ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir: «Bu nağılları kim uydurub görəsən? Kimin ağlına nə gəlirsə yazır. Bizə bayram günləri onunla görüşə icazə vermədilər. Sabah görüşdən sonra bu barədə ətraflı məlumat verəcəyəm». Xatırladaq ki, G.Əhmədovanın səhhətinin daha da pisləşməsi barədə məlumat yayılıb. Gülər Əhmədova oğlunun qolunun sınaraq hospitala yerləşdirilməsini eşidəndən sonra sarsıntı keçirib. G.Əhmədovanın böyük oğlu Toğrul Əhmədov isə anası ilə bağlı söz-söhbətlərdən qəzəblənərək, bəzi şəxsləri hədələyib. Yevlax şəhərində yerləşən “N” saylı hərbi hissədə əsgəri xidmətdə olan Toğrul Əhmədov özünün facebook sosial şəbəkəsindəki profilində “Gələcəm hamınızı...” deyə yazaraq, kimlərəsə mesaj yollayıb. Statusun kimə və nə məqsədlə ünvanlandığı açıq-aşkar qeyd olunmasa da, Toğrul Əhmədovun anası ilə bağlı məlum olaylardan ciddi şəkildə təsirləndiyi sezilir. T.Əhmədov sözügedən statusu hərbi hospitala yerləşdirilməzdən əvvəl yazıb. Eks-deputatın oğlunun kimləri hədəfə alması maraq doğurur. Qeyd edək ki, eks-millət vəkili Gülər Əhmədovanın oğlu Toğrul Babayev bir neçə gün öncə xidmət etdiyi “N” saylı hərbi hissədə ağır xəsarət alaraq, Dövlət Sərhəd Xidmətinin Bakıdakı hospitalına gətirilib. Atası Fikrət Əhmədov oğlunun hərbi hissədə digər əsgərlər tərəfindən döyüldüyünü bildirsə də, rəsmi açıqlamada qeyd edilir ki, Toğrul Əhmədov əsgərlərlə qol güləşinə çıxarkən qolunu sındırıb. Xatırladaq ki, Toğrul Əhmədov hərbi xidmətdən öncə Maliyyə Nazirliyində çalışıb. Geri qayıt |