Əsas Səhifə > Ölkə > ŞAMAXININ DEPUTATI 100 MİN VERMƏYƏ HAZIRDIR

ŞAMAXININ DEPUTATI 100 MİN VERMƏYƏ HAZIRDIR


27-03-2013, 12:39
ŞAMAXININ DEPUTATI 100 MİN VERMƏYƏ HAZIRDIR
KÖMƏKÇİSİNİ MÜDİR QOYDURMAQ ÜÇÜN

Son vaxtlar Şamaxı rayonundan mətbuata çoxsaylı şikayətlər göndərilir. Son bir ayda Gunxeber.com-a da onlarla belə şikayət məktubu göndərilib. Onların bir neçəsini dərc etmişik, bir neçəsi ilə bağlı isə Şamaxı rayon İcra Hakimiyyəti ilə dəqiqləşdirmə aparmaq istəsək də, bu niyyətimiz baş tutmayıb. Bayram günlərində də də də redaksiyamıza ölkənin ən müxtəlif bğlgələrindən, eləcə də Şamaxıdan bir neçə şikayət məktubu göndərilib. Onlardan birini redaktə, ixtisar və sərt ittihamlar olan bəzi hissələri çıxmaqla təqdim edirik:
“Şamaxı rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə 100 min manata yeni adam tapıblar.Məqsədləri isə hal-hazır ki, müdiri şərləyib işdən çıxartmaqdır.İndiki müdir bu vəzifədə qısa vaxt ərzində işləməsinə baxmayaraq, rayon təhsilini xeyli inkişaf etdirb. Amma bu vəzifəyə külli miqdarda pul verən olduğu üçün onu şərləyib çıxartmaq istəyirlər. Həmin pulu vermək istəyən şəxs isə Şamaxını təmsil edən millət vəkili Elxan Süleymanovun köməkçisi Dəyanət Musayevdir. Bu şəxs orta məktəbdə həmişə 3-lə oxuyub. İndi isə o pulun hesabına guya elmi işlə məşğul olaraq dissertant adına layiq görülüb.Deyilənlərə görə, hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakültəsində işləyir.Amma demək olar ki, hər gün onun Şamaxıda olduğunu hər kəs təsdiqləyər. Belə olan halda ortaya belə bir sual çıxır ki, bu universitetin rektoru hara baxır ki,onun işçisi hər gün Şamaxıda olur.Ona dəstək olan şəxs isə deputat Elxan Süleymanov və icra başçısının birinci müavini Qasım Qasımovdur.İndiki müdirin işdən çıxardılmağında isə əsas iki şəxs Qasım Qasımov və digər müavin Əşrəf Şükürov maraqlıdır.Bu iki şəxs rayonun əhalisini açıq-aydın dövlətin üstünə qaldırırlar.Bunlar icra başçısın yeni olmağından istifadə edib,məktəb direktorlarına təzyiq edirlər ki,onlardan pul alsınlar.Buna əyani misal olaraq 15 mart 2013-ci ildə rayon 1 saylı tam orta məktəbdə Əşrəf Şükürovun direktorlarla etdiyi iclası göstərmək olar.Sual çıxır ki,icra başçısın müavini iclası niyə icra hakimiyytəinin binasında yox,orta məktəbdə edir.Aydın məsələdir ki,başçının xəbəri olmasın.Həmin iclasda direktorlara hədə-qorxu gəliblər. Ən acınacaqlısı isə odur ki,orda öz qazancları üçün ümummilli lider Heydər Əliyevin və cənab president İlham Əliyevin adından istifadə edirlər. İclasda deyiblər ki, Heydər Əliyevin və İlham Əliyevin məktəblərdəki şəkillərinin təzələnməsi üçün pul yığılmalıdı.
Ancaq heç bir il deyil ki, onlar təzələnib.Ən əsası da odur ki,deyiblər ki,bu şəkilləri bizim dediyimiz adam düzəldəcək. Məqsəd isə aydındır.Çünki,həmin adam bunlara pul verir.
Həm belə deyirlər, həm də tapşırırlar ki, müəllimlərdən 1 manatda almayın.Direktorun 250 manat maaş aldığını fikirləşsək, onun nə edəcəyini düşünmək çətindir. Bu işlərdə Əşrəf Şükürova köməkçisi Rəşad Əliyev köməklik edir.Direktorlardan alınan pul Rəşadın vasitəsilə ilə Əşrəf Şükürova və Qasım Qasımova çatdırılır.Biz ziyalılar artıq icra hakimiyyətinin işçilərinin əlindən bezmişik.Yeni icra başçısının müavinlərə tam səlahiyyət verməsi isə rayonda artıq söz-söhbətə çevrilib. Bunu minlərlə orta məktəb müəllimləri adından yazırıq. Biz cənab prezidentdən bu işdə bizə kömək etməsini xahiş edirk”.
Qeyd edək ki, bu məsələ ilə bağlı Şamaxı rayon İcra Hakimiyyətinin mövqeyini öyrənmək üçün bu quruma yazılı sorğu göndərmişik.
Ancaq cavab verilməyib.
Bununla belə qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Geri qayıt