Əsas Səhifə > Partiya > KEÇMİŞ NAZİR İSA QƏMBƏRƏ CAVAB VERDİ

KEÇMİŞ NAZİR İSA QƏMBƏRƏ CAVAB VERDİ


29-03-2013, 10:27
KEÇMİŞ NAZİR İSA QƏMBƏRƏ CAVAB VERDİ
"MÜSTƏQİL SİYASƏT YÜRÜDÜRÜK"

“Ədalət Partiyası nə Rusiyaya, nə İrana, nə də hakimiyyətə işləmir. Biz müstəqil siyasət yürüdürk və heç kimin diqtəsi ilə oturub-durmuruq”. Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı, Ədalət Partiyanın sədri İlyas İsmayılov Müsavat başqanı İsa Qəmbərin ittihamlarına münasibət bildirərkən belə deyib.
Xatırladaq ki, mətbuata son açıqlamasında Müsavat başqanı İsa Qəmbər ölkədə fəaliyyət göstərən əksər partiyaların ya Rusiyaya, ya İrana, ya da hakimiyyətə işləməsi iddiası ilə çıxış edib. Həmin partiyaları Müsavat Partiyasına qarşı qara-piar kampaniyası aparmaqda ittiham edən başqan nədənsə Amerika və qərbə işləyən partiyaları xatırlamağı unudub.
Millət vəkili, Ədalət Partiyanın sədri İlyas İsmayılov Müsavat başqanının ittihamlarının onlara aidiyyatı olmadığını söyləyib: “Ədalət Partiyası yarandığı dövrdən bugnədək daim müstəqil fəaliyyət göstərib. Bizim əsas məqsədimiz ölkədə demokratik islahatların aparılması, əhalinin sosial-iqtisadi problemlərinin həllidir. Bu istiqamətdə fəaliyyətimizi bu gün də davam etdiririk. Bizi Rusiyaya, İrana işləməkdə ittiham etmək absurddur. O ki qaldı hakimiyyətə, biz siyasi mədəniyyət nümayiş etdirərək, iqtidarla bir masa ətrafında ölkədaxili məsələləri müzakirə edirik. Lakin bununla yanaşı idarəetmə ilə bağlı iradlarımız da var və bunu parlament tribunasından səsləndiririk. Yaxşı olardı ki, İsa bəy özü aydınlıq gətirəydi ki, o Rusiya, İran və hakimiyyətə işləyən partiyalar dedikdə, kimləri nəzərdə tutub. Ümumi danışmaqdansa, konkret ünvan göstərməsi daha yaxşı olardı. Siçan-pişik oynamağa ehtiyac yoxdur. Bir daha bildirmək istəyirəm ki, onun söylədiklərinin bizə heç bir aidiyyatı yoxdur”.

Geri qayıt