Əsas Səhifə > Ölkə, Manşet > TOVUZ UĞURNDA MƏMURLARIN BÖYÜK SAVAŞI
TOVUZ UĞURNDA MƏMURLARIN BÖYÜK SAVAŞI30-03-2013, 14:06 |
KİM QALİB GƏLƏCƏK: DYP ŞEFİ, YOXSA MSK SƏDRİ? DİA.AZ: - Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahova böyük bir rayonun hədiyyə edilməsi nəzərdə tutulur. Söhbət Tovuz rayonundan gedir. DİA.AZ bildirir ki, bu barədə "azerinews.org" saytı məlumat yayıb. Portala daxil olan məlumatlarda bildirilir ki, MSK sədrinin Azərbaycan hakimiyyətinə göstərdiyi "məharətlərə" görə, onun qardaşının Tovuz rayonuna icra başçısı təyin edilməsi planlaşdırılır. Amma hakimiyyətdə buna qarşı olanlar da var. Çünki Tovuzun hazırkı icra başçısı Dövlət Yol Polisi İdarəsinin (DYPİ) rəisi Ramiz Zeynalovun qardaşı Tofiq Zeynalovdur. Xatırladaq ki, Tofiq Zeynalov 2005-ci il parlament seçkilərində Tovuz rayonundan YAP-ın namizədi olub. Lakin Qənirə Paşayevanın da Tovuzdan namizədliyini irəli sürməsi onun parlamentə yolunu bağladı. Tofiq Zeynalov namizədliyini geri götürməyə məcbur edildi. Bunun müqabilində isə seçkilərdən bir müddət sonra Tovuzun icra başçısı təyin edildi. İndisə bu posta da Məzahir Pənahovun qardaşı müştəri çıxıb. Mənbənin sözlərinə görə, bu mübarizədə deputat Qənirə Paşayeva da tərəfdir. 2005-ci il parlament seçkilərində Qənirə Paşayevaya yenilməsini həzm edə bilməyən Tofiq Zeynalovun xanım deputatla münasibətləri soyuqdur və zaman-zaman bunu biruza verir. Bu baxımdan Qənirə Paşayeva Tofiq Zeynalovun Məzahir Pənahovun qardaşı ilə əvəzlənməsinin tərəfdarıdır. Zeynalov qardaşları isə necə olursa-olsun bu dəfə güzəştə getmək niyyətində deyillər. Amma nəzərə almaq lazımdır ki, Məzahir Pənahovun hakimiyyət qarşısında xidməti daha böyükdür və mümkündür ki, Məzahir Pənahov bu dəfə də qalib gəlsin. Geri qayıt |