Əsas Səhifə > Ölkə, Manşet > CƏLİLABADDA YENİ ŞÖBƏ MÜDİRİ PUL YIĞIMINA BAŞLADI
CƏLİLABADDA YENİ ŞÖBƏ MÜDİRİ PUL YIĞIMINA BAŞLADI30-03-2013, 15:02 |
VİDADİ DÖVLƏTOVA ƏNAM VERMƏYƏN İŞSİZ QALACAQ DİA.AZ: - Hələ bir müddət əvvəl işdən çıxarılan Cəlilabad rayon təhsil şöbəsinin müdiri Ədalət Əsgərovun yerinə təyin olunan yeni şöbə müdiri Vidadi Dövlətov vəzifə başına keçmək münasibəti ilə rayon orta məktəblərinə mesaj göndərmişdi. Bu barədə mətbuatda gedən məlumatlardan belə aydın olurdu ki, Dövlətov onlardan «təbrik ənamı» istəyirmiş. DİA.AZ-a daxil olan məlumatlara görə, həmin «ənam» toplama kampaniyasına əsasən kiçik orta məktəblərin direktorları 1500 manat, böyüklər isə 2500 manat verməliydilər. Lakin məsələ mətbuata çıxdığından yeni şöbə müdiri prosesi yubatmalı olub. Amma bayram tətili başa çatdıqdan sonra özünün adamlarını yenidən məktəblərə göndərməyə başlayıb. Məlumatda deyilir ki, Vidadi Dövlətov müavini və daha iki işçisini kənd məktəblərinə göndərərək «təbrik ənamlarını» yığdırmaqdadır. Təkcə bayram tətilindən iki gün sonra 15-dən çox orta məktəbdən pul alındığına dair məlumatlar var. DİA.AZ-a bu barədə danışan mənbə bildirir ki, təbii olaraq hər kəs tələb olunan pulu vermək zorundadır: “Əks halda yeni şöbə müdiri onları işdən çıxara bilər. Adı da o olacaq ki, “Dövlətov özünə komanda formalaşdırır”. Ona görə də əksəriyyətin artıq bu kampaniyadan “üzüağ” çıxdığı haqda söhbətlər yayılıb. Yəni tələb olunan pullar ödənilir”. Bütün tərəflərin mövqeyini işıqlandırmağa hazırıq... Geri qayıt |