Əsas Səhifə > Ölkə, Manşet > “MİLYARDERLƏR İTTİFAQININ” İLK QURBANI

“MİLYARDERLƏR İTTİFAQININ” İLK QURBANI


2-04-2013, 11:59
“MİLYARDERLƏR İTTİFAQININ” İLK QURBANI
BÜLBÜLOĞLU SƏFİR POSTUNDAN GERİ ÇAĞRILIR

DİA.AZ: - Son günlər Azərbaycanın xarici ölkələrdəki səfirlərinin əksəriyyətinin geri çağırılacağı barədə informasiyalar yayılmıaqdadır. Bir neçə gün öncə öz müraciəti əsasında Eldar Həsənov Rumıniyadan geri çağırldı və bildirilir ki, bu proses davamlı olacaq. Mətbuatda dünən yer alan məlumatlara görə, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da səfir vəzifəsindən geri çağırılacaq. Hakimiyyət daxilindəki mənbələrdən verilən xəbərə görə, onun Azərbaycan gəldikdən sonra yenidən hansısa vəzifəyə təyin ediləcəyi müzakirə mövzusu deyil. Qeyd edək ki, səfirin geri qaytarılacağı barədə eyhamlara Polad Bülbüloğlunun anasının dünən mətbuata verdiyi müsahibələrdə də rast gəlmək mümkündür.

DİA.AZ-a bu barədə gələn məlumatlardan isə aydın olur ki, Polad Bülbüloğlunun geri çağrılması onun son zamanlar Kremlin Azərbaycana qarşı yürütdüyü siyasətlə birbaşa bağlıdır. Bu barədə danışan mənbəmizin sözlərinə görə, ÜmumRusiya Azərbaycanlıları Konqresinin işinin yarıtmaz fəaliyyəti, həmçinin «Oliqarxların ittifaqı» kimi tanınan Rusiya Azərbaycan Təşkilatları İttifaqının az qala ÜAK-ı sözün bütün mənalarında üstələməsi faktı Polad Bülbüloğlunun geri çağrılmasını zəruripləşdirib.

Bildirək ki, mənbəmizin DİA.AZ-a ötürdüyü faktlar arasında ilginc məqamlar da var: «Polad Bülbüloğlu bu gün ÜAK-ın işini doğru-dürüst təşkil etməməsilə yanaşı, həmçinin RATİ-də cəmləşən antiBakı meyilli qüvvələrlə təmaslarını da kəsməyib. Onun hətta bir neçə gün əvvəl Rüstəm İbrahəimbəyovla Moskvadakı restoranların birində görüşdüyü də söylənilir. Eyni zamanda rəsmi Bakıda Polad Bülbüloğlunun YAP iqtidarının maraqlarını gərəkən səviyyədə güdməməsi barədə yetərincə dəlillər var».

Məhz bu kimi məqamların Polad Bülbüloğlunun səfir postundan azad edilməsini zəruriləşdirdiyini bildirən mənbəmiz onu da əlavə etdi ki, Azərbaycan hakimiyyəti Rusiyaya həm rus elitasında nüfuzu olan və həm də Azərbaycana daha çox bağlı olan yeni bir namizədin göndərilməsini planlaşdırır: «Onun kimliyi barədə isə hələlik dəqiq bilgilər yoxdur».

Geri qayıt