Əsas Səhifə > Ölkə, Manşet > AZƏRBAYCANDAN SURİYAYA ƏSGƏR DAŞIYAN KİMDİR?

AZƏRBAYCANDAN SURİYAYA ƏSGƏR DAŞIYAN KİMDİR?


3-04-2013, 15:25
AZƏRBAYCANDAN SURİYAYA ƏSGƏR DAŞIYAN KİMDİR?
DİA.AZ: - Son günlər Suriyada döyüşlərdə azərbaycanlıların da qətlə yetirilmələri barədə xəbərlər yaılmaqdadır ki, onların Bəşər Əsədə qarşı döyüşlərə hansı şəraitdə cəlb olunmaları yenidən aktuallıq qazanıb. Qeyd edək ki, DİA.AZ olaraq bu yöndə müəyyən araşdırmalar apardıq və ortaya ilginc faktlar çıxdı.

Buna qədərsə, Suriyada azərbaycanlıların öldürülməsinə bu gün Bəşər Əsəd rejimini dəstəkləyən fars-molla rejiminin verdiyi reaksiya barədə danışmaq istədrik. Hər halda, antiAzərbaycan mövqeyi ilə diqqətə gələn «abna.ir», «qafqaz.ir» portallarının Suriyada Bəşər Əsədə qarşı döyüşən soydaşlarımızı «VOVA» adlandırması da maraqlıdır. Bildirək ki, həmin portallarda Əsəd rejimi dəstəklənir və Azərbaycan dövləti açıq hədəflərdən biridir.

İndi isə gələk Suriyaya soydaşlarımızın hansı marşrut üzərə göndərilmələri məsələsinə. Xatırlayırsınızsa, bu barədə bir müddət əvvəl də məlumat yaymışdıq. Onu da bildirək ki, artıq bu barədə rəsmi Bakının da araşdırmalara başladığı söylənilir. Amma bu araşdırmalara indi başlanılması olaya ənənəvi «hind polisi yanaşmasını» xatırladır. Yəni artıq iş işdən keçib və bu gün təxminən 1000-ə yaxın soydaşımızın Suriyada silaha sarıldığı söylənilir.

Onu da xatırladaq ki, bu günlərdə yerli KİV-də Suriyada döyüş üçün azərbaycanlı gənclər arasında təbliğatın aparılması barədə məlumatlar da yayılmışdı. Xəbərdə deyilirdi ki, Sumqayıtda sələfi-vəhhabi əqidəsinə malik bir neçə idman müəllimi bu işlərlə məşğuldur

Bir neçə ay bundan öncə ölkə və dünya mediasında Suriyada öldürülən azərbaycanlı radikal dini qruplaşma üzvlərinin meyitlərini əks etdirən fotoları yayıldı. Artıq bu tip hadisələr neçənci dəfədir ki, baş verir. Belə ki, yanlış təbliğat qurbanı olan azərbaycanlı gənclərin səsi ya Əfqanıstandan, ya Pakistandan, ya da ki, Pankis dərəsindən gəlir. Hətta video portallarda Əfqanıstandakı NATO qoşunlarının bazasının azərbaycanlı radikal dini qruplaşma üzvü tərəfindən partladılması ilə bağlı video çarx da yerləşdirilib.

Lakin maraqlı olan budur ki, bu günə qədər yüzlərlə anaları, ataları, ailələri ağlar və başsız qoyan bu işin arxasında kimlər durur? Məlumata görə, Sumqayıtda sələfi-vəhhabi əqidəsinə malik bir neçə idman müəllimi bu işlərlə məşğuldur. Belə ki, həmin şəxslər idmanla məşğul olan və ibadət etmək istəyən gəncləri ətraflarına toplayaraq onlara müəyyən dini təlimlər keçirlər. Bir müddət davam edən təbliğat kampaniyasından sonra əqidələrinə “sadiq” gənclərə Suriyada döyüşmək təklif edilir.

Hər halda, dövlətin bu işə müdaxiləsi vacibdir… Əks halda, gənclərimiz Allah uğrunda döyüş ünvanının Qarabağ deyil, başqa bir yer olduğuna inanaraq özlərini yararsız və təhlükəli ideyaların qurbanına çevrirməkdədirlər…

Geri qayıt