Əsas Səhifə > Ölkə > SƏRHƏD QOŞUNLARINDA RÜŞVƏT QALMAQALI
SƏRHƏD QOŞUNLARINDA RÜŞVƏT QALMAQALI2-12-2011, 12:48 |
TİBB XİDMƏTİNİN RƏİSİ VAKANT HƏKİM YERLƏRİNƏ NAMİZƏDLƏRDƏN RÜŞVƏT İSTƏYİB Bu yaxınlarda Sərhəd Qoşunlarına tibb xidmətinə vakant yerlərə həkim qəbulunda rüşvət qalmaqalı yaşanıb. Belə ki, SQ-nın tibb xidmətinin rəisi Tofiq Mehdiyev general Elçin Quliyevin tapşırığı ilə bir qrup həkimi qəbul edib. Bu barədə redaksiyamıza haqsızlıqla üzləşən həkim-stomotoloq Xalid Əliyev və Səfxan Ömərov məlumat verib. Onların sözlərinə görə SQ-nin rəhbəri general Elçin Quliyev onları qəbul edərək sənədləri ilə maraqlanıb. Daha sonra SQ-na yararlı iki həkim- X. Əliyev və S.Ömərovun sənədlərinə baxılması üçün kadrlar şöbəsinin rəisi Elçin İbrahimova və tibb xidmətinin rəisi Tofiq Mehdiyevə göstəriş verib: “General bizi çox yaxşı qəbul edib, sənədlərimizə baxdı. Daha sonra bildirdi ki, bizlər Sərhəd Qoşunlarında tibb xidmətində işləməyə yararlı kadrlarıq. General dərhal kadrlar şöbəsinin rəisi Elçin İbrahimovu və tibb xidmətinin rəisi Tofiq Mehdiyevi ayağa qaldırıb göstərişi verdi ki, iş üçün bunların sənədlərini hazırlayın. Biz də generala arxayn olub gözləməli olduq”. Şikayətçi X.Əliyev deyir ki, aradan iki ay keçdikdən sonra birdə generalın qəbuluna yazılıblar. E.Quliyevin birinci müavini onları dinləyib: “O, kadrlar şöbəsinin rəisini qaldırıb vəziyyəti soruşdu. E. İbrahimov isə cavabında Ramazan bayramı qurtaran kimi bizləri işlə təmin edəcəyini bildirdi. Və əlavə etdi ki, sənədlərində heç bir nöqsan yoxdur və bizə lazımı kadrlardır”. X.Əliyev deyir ki, buna baxmayaraq növbəti dəfə qəbula yazılmalı olublar: “Qəbul şöbəsində oturan Orucov soyadlı mayor dedi ki, sizə rədd cavabı verilib. Ünvanınıza da rədd cavabı məktub vasitəsilə göndərilib. Amma bu vaxta qədər o məktub bizə çatmayıb. Mənə bir şey qaranlıqdır ki, tibb xidmətinin rəisi Tofiq Mehdiyev bizi qəbul edən zaman göstərdiyi iki barmaq nəyə işarə idi? Biz sonradan işin gedişatından belə başa düşdük ki, o bizdən göstərdiyi barmaq işarəsi ilə rüşvət istəyibmiş. Rüşvət ona çatmadıqda o bizim sənədlərimizi bir kənara ataraq general Elçin Quliyevin əmrini icra etməyib. Tələb edirəm ki, bizə bir səbəb göstərsinlər. Niyə görə bizi işlə təmin etmirlər? Sərhəd Qoşunlarının komandanı general E.Quliyevin əmrini hansı səbəbdən icra etmirlər”. Geri qayıt |