Əsas Səhifə > Ölkə, Manşet > BÖYÜK KADR İSLAHATI SEÇKİDƏN SONRAYA QALDI

BÖYÜK KADR İSLAHATI SEÇKİDƏN SONRAYA QALDI


8-04-2013, 15:09
BÖYÜK KADR İSLAHATI SEÇKİDƏN SONRAYA QALDI
APRELİN SONLARINDAN YENİLƏNMƏLƏR BAŞLAYIR

DİA.AZ: - «Hakimiyyət növbəti ciddi kadr islahatlarına seçkidən sonra gedəcək». Bu idginc məlumatı DİA.AZ-a Nazirlər Kabinetindəki mötəbər mənbə ötürüb. Xəbəri verən qaynaq iddia edir ki, əslində seçkilər ərəfəsində baş verə biləcək hər hansı fundamental dəyişiklik ümumiqtidar maraqlarının ziddinə olduğundan belə bir hadisənin ertələnməsi qərarı verilib.

Mənbənin söylədikləri: «Məsələ əgər, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin və onun adamlarının iqtidar düşərgəsindən çıxdaş edilməsilə bağlıdırsa, bu prosesin nə qədər ağrılı olduğunu hələ start düyməsi basılmamışdan hiss edən iqtidarın üst düzəyi istənilən halda istəyinin böyük bir hissəsinə nail olduğu qənaətindədir. Yəni söhbət Ramiz Mehdiyevin mövqelərinin və nüfuzunun sarsıdılmasından gedir».

Mənbəmiz iddia edir ki, amma buna rəğmən digər dəyişikliklər -konkret olaraq icra başçılarının yerdəşməsi və yaxud da vəzifələrinə birdəfəlik əlvida deməsi prosesi davamlı olacaq və aprel ayının sonlarına yaxın bu istiqamətdə xeyli yenilənmələr müşahidə olunacaq.

Onu da xatırladaq ki, bu günlərdə hansı icra başçılarının hədəfdə olmaları ilə bağlı məlumatlarımızı sizinlə bölüşmüşdük.

Geri qayıt