Əsas Səhifə > Ölkə, Manşet > GORANBOYUN İCRA BAŞÇISI VƏZİFƏDƏN ALINIR

GORANBOYUN İCRA BAŞÇISI VƏZİFƏDƏN ALINIR


9-04-2013, 13:27
GORANBOYUN İCRA BAŞÇISI VƏZİFƏDƏN ALINIR
NİZAMƏDDİN QULİYEV ARTIQ PROBLEMƏ ÇEVRİLİB

DİA.AZ: - Özü ilə bərabər oğlu Ramal Quliyevin da adı bir çox maxinasiyalarda hallandırılan Goranboy rayonunun icra hakimiyyətinin başçısı Nizaməddin Quliyev yaxın günlərdə vəzifəsindən alınacaq. Bu ilginc məlumatı DİA.AZ-a çatdıran mənbət iddia edir ki, artıq qərar verilib.

Xatırladaq ki, dünən Nizaməddin Quliyevin övladının maliyyə maxinasiyaları səbəbindən ölkəni tərk etməsi xəbərini yaymışdıq və bu barədə mətbuata açıqlama verən icra başçısı deyilənlərin həqiqət olmadığını bildirdi. DİA.AZ-ın əldə etdiyi son məlumatlardan isə aydın olur ki, Ramal Quliyev əslində ölkəni tərk etməyə hazırlaşırmış, sadəcə olaraq bu barədə məlumatın ictimailəşməsi plandan imtinaya nədən olub. Xəbəri verən qaynaq iddia edir ki, Ramal Quliyevin özünün də hədəfə çevrilmə ehtimalları yüksəkdir.

Onu da bildirək ki, Nizaməddin Quliyev Goranboyun abadlığına pul xərcləmiş iş adamı Müqayis Verdiyevi sifarişlə həbs etdirməkdə də ittiham olunur. Bildirilənə görə, icra başçısının sahibkara külli miqdarda borcunun olması faktına görə, Nizaməddin Quliyev Müqayis Verdiyevi həbs etdirib.

İndi isə Nizaməddin Quliyevin özünün dönəminin başa çatması xəbəri yayılıb. Məlumatlarda o da bildirilir ki, artıq «yuxarılarda» da Nizaməddin Quliyevin əlavə «başağrısına» çevrilməsi barədə qənaətlər var. Bu isə seçkilər ərəfəsindən heç bir hakimiyyət üçün arzuolunan deyil. Qarşı tərəfi də dinləməyə hazırıq…

Geri qayıt