Əsas Səhifə > Ölkə, Manşet > RAMİZ MEHDİYEV YENİDƏN AVANTAJ QAZANIB

RAMİZ MEHDİYEV YENİDƏN AVANTAJ QAZANIB


10-04-2013, 13:08
RAMİZ MEHDİYEV YENİDƏN AVANTAJ QAZANIB
PA ŞEFİ DAHA BİR İL VƏZİFƏDƏ QALACAQ

DİA.AZ: - «Rəsmi Bakı ilə Rusiyanın hakimiyyət dairələri arasında neçə müddətdir ki, məxfi danışıqlar gedir». Bu şok məlumatı DİA.AZ-a hökumət içindəki bilgili qaynaqlar ötürüb. Mənbə iddia edir ki, danışıqların əsas predmetlərindən biri məhz hakimiyyət içindəki Rusiyapərəst qanadın mövqelərinin qorunması ilə bağlı olub.

Məlumatı verən qaynağın sözlərinə görə, artıq nəticə əldə olunub: «Hakimiyyət Rusiya ilə yenidən hesablaşmaq zorunda qalıb. Bunun da nəticəsində Rusiyanın Azərbaycandakı «canişini» - Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev mövqelərini qoruma fürsəti əldə edib».

Mənbəyə görə, Ramiz Mehdiyev ən azından prezident seçkilərinə qədər vəzifə başında qalacaq: «Amma bu anlaşma pozula da bilər. Hadisələr sürətlə inkişaf edir. Lakin indiki situasiyada görünəni odur ki, PA şefi ilə bağlı münasib qərar verilib və Ramiz Mehdiyev avantaj əldə edib. Çünki bu halda Ramiz Mehdiyev baş verənlərin rəqibləri tərəfindən yanlış anlaşılacağına da ümidlidir. Hər halda, onun seçkilərə qədər vəzifədə saxlanılması rəqibləri üçün şok effektli zərbə əhəmiyyətindədir».

Geri qayıt