Əsas Səhifə > Ölkə, Manşet > İRANDAKI ZƏLZƏLƏ ŞEYTANA İBADƏTƏ CAVAB İDİ

İRANDAKI ZƏLZƏLƏ ŞEYTANA İBADƏTƏ CAVAB İDİ


17-04-2013, 12:06
İRANDAKI ZƏLZƏLƏ ŞEYTANA İBADƏTƏ CAVAB İDİ
DİN PƏRDƏSİ ALTINDA GİZLƏNƏN FARS MİLLƏTÇİLƏRİ

DİA.AZ: - Məlum olduğu kimi İranın əsasən farslar yaşayan bölgəsində güclü zəlzələ olub. Doğrudur, fars-molla rəsmiləri ölü sayısı ilə bağlı həqiqətləri ictimailəşdirməyə həvəsli görünməsə də, Qərb mətbuatı yüzlərlə şəxsin dağıntılar altında qaldığını yazır.

Amma bu hadisə Azərbaycanda da diqqətlə qarşılanıb və hətta oxucularımızdan biri DİA.AZ-a maraqlı bir məktub da ünvanlayıb. Həmin məktubu olduğu kimi diqqətinizə çatdırırıq:

«İlk əvvəl zəlzələ nəticəsində dünyasını dəyişən bütün şəxslərin ailələrinə başsağlığı verirəm. Bu, bir faciədir. Amma adından «İSLAM» kəlməsini daşıyan bir məmləkətin başbilənləri anlamalıdırlar ki, Allahı heç bir zaman unutmaq olmaz və Allahın adı altında günahlar işlətməyin bədəli ağırdır.

Bu gün İran deyilən ölkə özünü İslam Respublikası elan etsə də, əslində müqəddəs dinimizin bütün dəyərlərinə ən böyük sayğısızlıq edən bir məkan kimi diqqətə gəlməkdədir. Bunu ən azından İranın müsəlman ölkəsi olan Azərbaycana münasibətindən də aşkar surətdə duymaq olar.

Diniiz nəyi buyurur: ÖZ DİN QARDAŞLARINA SAHİB ÇIX… İran nə edir: MÜSƏLMAN AZƏRBAYCANI ƏZƏRƏK, XRİSTİAN ERMƏNİSTANA ARXA DURUR… bu, faktdır.

İran hər zaman İslam dinindən fars millətçiliyinin xeyrinə istifadə edib. Məhz buna görədir ki, illərdir müsəlman Azərbaycan türkləri saylarının çox olmasına, İran adlanan dövlətin superetnosu olmalarına baxmayaraq fars millətçilərinin hökmü ilə əzilir.

Quzey Azərbaycan müstəqilləşəndən sonra isə İran müstəqil Azərbaycan Dövlətini həzm edə bilmədiyini net şəkildə özünün siyasətində ifadə etməyə başladı. Bu müsəlmançılığa iddia edən ölkə nəinki Qarabağda şiə Azərbaycan türklərinin qırılmasına göz yumdu, hətta bu vəhşiliyi törədən xristian ermənilərə əlindən gələn bütün köməyi göstərdi. Budurmu İSLAM RESPUBLİKASI?!

Bu gün də İrandan bizə tərəf gülümsəyən rəsmi simaların hər biri saxtadır. Onlar bizə ancaq diplomatiya, siyasət naminə gülə bilərlər. Həqiqətdə isə bu ölkənin başıəmmaməliləri Azərbaycan türkünün müqəddəs dövlətinə düşməncəsinə diş qıcayıblar. Son olaraq isə fars millətçilərinin İran dövləti üzərindəki hökmünü bir daha gördük. Bütünlükdə olaraq Azərbaycan dövlətinə iddia edən fars-millətçiləri öz sözlərini rəsmi Tehranın dili ilə də ifadə etdilər.

Təbii ki, Allah böyükdür və öz böyüklüyünü hər bir ədalətsizliyə qarşı göstərir. Bunun geci və tezi var. Amma İranda bu məsələdə ertələnmə olmayacaq. Və əgər bu gün İrandakı fars millətçiləri din pərdəsi altında Allaha yox, şeytana ibadət edirlərsə, bunun layiqli cəzasını mütləq alacaqlar.

Ola bilsin ki, bu gün İranda zəlzələ nəticəsində Allahın uca qüdrəti özünü göstərir, amma yaxın zamanda Azərbaycan birləşəcək ki, bununla da ulu Yaradanımız öz ədalətini bu ərazilərdə tam olaraq bərpa etmiş olacaq.

Buna kimsənin şəkki-şübhəsi olmasın.

Elturan»

Geri qayıt