Əsas Səhifə > Gündəm, Manşet > GÖYÇAY MƏHKƏMƏSİNDƏ CƏNGƏLLİK QANUNU

GÖYÇAY MƏHKƏMƏSİNDƏ CƏNGƏLLİK QANUNU


20-04-2013, 09:59
GÖYÇAY MƏHKƏMƏSİNDƏ CƏNGƏLLİK QANUNU
HAKİM MƏHKƏMƏDƏ CAVABDEHƏ ƏL-QOL ATARAQ, ONA HƏDƏ-QORXU GƏLDİ

DİA.AZ: - Göyçay sakini Etibar Hüseynovun mətbuata şikayət məktubu ünvanlanıb. Şikayətçinin DİA.AZ-a da göndərilən müraciətində deyilir:

“Bir neçə gün əvvəl Göyçay rayon məhkəməsində oğlum Hüseynov Anar cavabdeh qismində dindirilərkən mən zala daxil oldum. Baxıb gördüm ki, hakim Elxan Babayev oğlumu çox sıxışdırır ki, “sən niyə iddiaçıya olan borcunu vermirsən”. Oğlum qeyd etdi ki, “mən borcu sələm olaraq götürmüşəm və həmin pulun ikiqatını da ödəmişəm.

Hakim onun üstünə qışqıra – qışqıra və hədələyərək yanına çağırdı. Ondan soruşdu ki, bu yazını sən yazmısan. Anar cavab verdi ki, “yox iddiaçi yazıb və mən də imza etmişəm”. Hakim Elxan Babayev ayağa qalxıb onun çiynindən yapışaraq 3 dəfə onu vura –vura itələyərək qəfəsə salınmasını tələb etdi.

Bu vəziyyəti gördükdə ona öz iradımı bildirdim.O, isə mənim zaldan çıxmağımı istədi .Onun qanunsuz hərəkətlərinə irad tutdum və zalı heç bir əsas olmadan tərk etməyəcəyimi bildirdim. Bu hadisədən sonra hakim mənimlə təklikdə görüşüb mənə dedi ki, “belə pozğun qadından niyə pul götürürsünüz? 3-5 günə gəl görüşək işləri sizin xeyrinizə düzüb qoşum.

Hakimin də təklifini rədd edib onun görüşünə getmədim. Onun məndən gözlədiyi pulu ona vermədiyim səbəbindən 08 aprel 2013 cu il tarixdə iddiaçıların xeyrinə qətnamə qəbul etmiş oldu. Belə rəzil hakimləri nə adla vəzifələrində saxlayırlar bilmirəm. Bu hadisəni hə mətbuat vasitəsi ilə həm də ərizəmlə ölkə prezidenti cənab İlham Əliyevə, Baş Prokurorluğa və Ədliyyə Nazirliyinə çatdırıram ki, bu barədə müəyyən ölçü götürməklə vəzifələrin düzgün icra edə bilməyən hakim haqqında qanuna müvafiq tədbir görsünlər”.

Qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt