Əsas Səhifə > Ölkə, Manşet > MƏDƏT QULİYEVDƏN DAHA BİR BİABIRÇI ADDIM

MƏDƏT QULİYEVDƏN DAHA BİR BİABIRÇI ADDIM


23-04-2013, 11:49
MƏDƏT QULİYEVDƏN DAHA BİR BİABIRÇI ADDIM
ŞİKAYƏTÇİ MƏHBUSA İŞGƏNCƏ VERİLİB

DİA.AZ: - Dünən Ədliyyə Nazirliyinin 3 saylı İstintaq Təcridxanasında məhkum Rasim Ramazanova qurumun əməkdaşları tərəfindən vəhşicəsinə verilmiş işgəncələrlə bağlı məlumat vermişdik. Məlumatlarda bildirilirdi ki, Rasim Ramazanov 3 saylı İstintaq Təcridxanasında saxlanıldığı müddət ərzində təcridxananın rəis vəzifəsini müvəqqəti icra edən Əli Süleymanov və onun müavini Ağaməmməd Məmmədov tərəfindən xüsusi amansızlıqla fiziki zorakılığa məruz qalıb. Məhkuma qarşı edilən işgəncələr zamanı

Rasim Ramazanov bu vəhşiliklərə dözməyib özünün rəisin otağının pəncərəsindən yerə atıb. Hadisə nəticəsində Rasim Ramazanov onurğa sümüyünü sındırıb. Hal hazırda isə R.Ramazanov təcridxana rəisinin və müavininin vəhşilikləri ucbatından ömürlük şikəst olub və əlil arabasında gəzir.

Bu gün isə DİA.AZ-a daxil olan məlumatlara görə, məlum yazıdan sonra Mədət Quliyevin növbəti işçəncə maşını işə düşüb. Məlumatlarda bildirilir ki, hal hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Rasim Ramazanov "karsa" salınaraq ona qarşı müxtəlif işgəncə növlərindən istifadə olunmaqdadır. Bu barədə redaksiyamıza məlumat verən Bakı İstintaq Təcridxanasının əməkdaşlarından biri qeyd edir ki, dünən axşam saatlarında məhkum Rasim Ramazanovu 15 günlük "karsa" salıblar.

Məhkum buna etirazını bildirdikdə isə ona qarşı təcridxana rəhbərliyinin göstərişi ilə işgəncələr verilməyə başlayıb. İşgəncə bu səfər xüsusi amansızlıqla məhkuma verilib. Bildirilir ki, Rasim Ramazanovu toka veriblər. Hal hazırda R.Ramazanovun səhətində ciddi problemlər yaranıb. Mənbənin sözlərinə görə, belə davam edərsə Rasim Ramazanov tezliklə dünyasını dəyişə bilər. Elə təcridxana rəhbərliyi də bundan xəbərdardır. Bu baxımdan da Bakı İstintaq Təcridxanasının rəhbərliyi cinayəti ört-basdır etmək üçün müxtəlif vasitələrə əl atıblar. Rəhbərlik tərəfindən əməkdaşlara ciddi tapşırılıb ki, Rasim Ramazanov öldüyü halda onun damarlarına yüksək dozalı narkotik vasitə heroin yeridilsin və bununla da rəhbərlik məhkumun ölümünə səbəb yüksək dozalı narkotikin qəbul olduğunu göstərmək istəyirlər.

Mövzunu diqqətdə saxlayacağıq.

Geri qayıt