Əsas Səhifə > Ölkə, Manşet > İCRA BAŞÇILARI ÜÇÜN ARZUOLUNMAZ TARİX YETİŞİR
İCRA BAŞÇILARI ÜÇÜN ARZUOLUNMAZ TARİX YETİŞİR23-04-2013, 12:51 |
12 FEVRAL MÜŞAVİRƏSİNİN NƏTİCƏLƏRİ OLACAQ DİA.AZ: - Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin son günlər mövqelərini gücləndirməsi barədə yaranan təəssüratlar bir çoxları üçün sanki siqnal rolunu oynayıb. Bu barədə DİA.AZ-a danışan Nazirlər Kabinetindəki qaynaq iddia edir ki, hətta Mehdiyevə güvənən icra başçıları belə yenidən meydan sulamağa başlayıblar. Mənbənin söylədikləri: «Prezident İlham Əliyev 12 fevral müşavirəsində icra başçılarına yerli sakinlərlə, iş adamları ilə rəftar məsələsində barmaq silkələyərək sərt formada xəbərdarlıq etmişdi. Həmin dönəmdə PA şefinin də durumu acınacaqlı idi və hətta sözügedən müşavirədə belə iştirak etməmişdi. O müşavirədən sonra bir sıra rayon icra hakimiyyətlərinin başçıları, xüsusən də Ramiz Mehdiyevin «adamı» hesab olunanlar ciddi təşviş və əndişə içində idilər. Onlar hətta mətbuatda yer alan ən sıradan xəbərlərdən belə vahiməyə düşürdülər». Mənbəmiz iddia edir ki, son günlər isə vəziyyət tamamən dəyişib: «Təbii ki, bu hal onlar üçün sonradan böyük problem yarada bilər. Çünki prezidentin 12 fevral müşavirəsinin konkret nəticələri olmalıdır və bunun hansı icra başçısının başında çatlaacağını zaman göstərəcək». Mənbəmiz bildirir ki, yaxın günlərdə icra başçılarından bir neçəsinin məhz 12 fevral müşavirəsinin yekunlarının nəticələrinin təftişi səbəbindən cəzalandırılması gözlənilir: «Yəni ictimaiyyətə bu şəkildə təqdim olunacaq və bir neçə icra başçısına töhmət verilsə də, icra başçılarından biri məhz yarıtmaz fəaliyyətinə görə işindən uzaqlaşdırılacaq. Bu adam kim olacaq - bunu artıq zaman bəlli edəcək»… Onu da xatırladaq ki, hazırki iqtidarın keçmişində icra başçılarının məhz cəza səbəbindən vəzifələrindən uzaqlaşdırılmaları təcrübəsi mövcuddur. Məsələn, ayrı-ayrı dönəmlərdə Xətai və Sabirabad rayonlarının icra başçıları ittiham olunaraq işlərindən alınmışdı. İndi də eyni metodun seçkilər ərəfəsi tətbiqi planlaşdırılır. Bu həm də mehdiyevçi düşərgə üçün siqnal rolunu oynamalıdır. Geri qayıt |