Əsas Səhifə > Ölkə, Manşet > BMT AZƏRBAYCANI BİRLƏŞDİRƏN QƏRARI VERƏCƏKMİ?

BMT AZƏRBAYCANI BİRLƏŞDİRƏN QƏRARI VERƏCƏKMİ?


26-04-2013, 12:22
BMT AZƏRBAYCANI BİRLƏŞDİRƏN QƏRARI VERƏCƏKMİ?
GÜNEYLİ QARDAŞLARIMIZ HƏRƏKƏTƏ KEÇİBLƏR

DİA.AZ: - Fars-molla rejiminin yenidən rəsmi Bakıya yönəlik «Türkmənçay müqaviləsi məsələsinə qayıdarıq» kimi hədələrə baş vurması, onun özünə baha başa otura bilər. Bu barədə DİA.AZ-a əslən Güney Azərbaycandan olan soydaşlarımızın adından göndərilən müraciətdə deyilir.

Müraciət müəllifləri bildirirlər ki, əslində bu müqavilənin müddətinin başa çatmasını Azərbaycan türkləri ictimailəşdirməlidirlər: «Artıq bu yöndə Güney Azərbaycanın bir qrup ziyalısı hərəkətə keçiblər və Birləşmiş Millətlər Təşkilatına müraciət hazırlanır. Müraciətin məczi bundan ibarətdir ki, 200 il əvvəl Azərbaycan torpaqları ikiyə bölünüb və həmin müqavilə rəsmən bitdiyindən etibarsızdır.

Biz eyni zamanda BMT-dən tələb edəcəyik ki, məhz bu səbəbdən həm Güney Azərbaycan ərazisində yaşayan Azərbaycan türkləri arasında və həm də Quzey Azərbaycanda referendumun keçirilməsinə dəstək dursunlar. Bu referenduma qatılanlar hər iki Azərbaycanın yenidən birləşib-birləşməməsinə münasibətlərini açıqlayacaqlar».

Müraciət müəllifləri bildirir ki, yaxın günlərdə belə bir sənəd BMT-yə göndəriləcək.

Geri qayıt