Əsas Səhifə > Ölkə, Manşet > ƏLİ HƏSƏNOVDAN PREZİDENTƏ ŞİKAYƏT HAZIRLANIR
ƏLİ HƏSƏNOVDAN PREZİDENTƏ ŞİKAYƏT HAZIRLANIR29-04-2013, 12:01 |
RƏSMİ KİV-LƏR PA-NIN ŞÖBƏ MÜDİRİNƏ QARŞI DİA.AZ: - Hakimiyyətə aid bir sıra media quruluşları bu gün Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevdən və onun media işini həvalə etdiyi Əli İnsanovdan ciddi surətdə narazıdır ki, bunu davamlı olaraq müşahidə etməkdəyik. Hətta bu gün Prezident Administrasiyasının rəsmi orqanı olan «Respublika» qəzetinin rəhbərliyinin də PA şefi ilə ədavətdə olması faktdır. Sadəcə olaraq, hakimiyyətin üst düzəyi ilə sıcaq münasibətlərinin olması səbəbindən Mehdiyev sözügedən qəzetin baş redaktoru ilə haqq-hesab çürüdə bilmir. Yalnız qəzetə abunə və maliyyə sarıdan problemlər yaratmaqla yetinməli olur. DİA.AZ-a daxil olan informasiyalardan aydın olur ki, əslində tək narazı olanı «Respublika» deyil. Bu barədə redaksiyamızı bilgiləndirən hökumət içindəki etibarlı mənbənn sözlərinə görə, əksər rəsmi mediada Əli Həsənovun mətbuat siyasətinə qarşı aqressiya var: «Onları əsas narahat edəni Əli Həsənovun daha çox müxalifət mətbuatı kimi tanınan KİV-lərə arxa durmasıdır. Həmin qəzet və portallar bu gün müxalifət cinahında qərarlaşıb, amma realda Əli Həsənov tərəfindən tam olaraq yönləndirilir». Mənbəmizə görə, dəfələrlə bu məsələ Əli Həsənova əks cinahda dayanan rəsmi mətbuat nümayəndələri tərəfindən qaldırılıb: «Hətta prezidentə belə müraciət olunması ideyası irəli sürülüb. Amma Əli Həsənov bütün yolları bağlayıb. Onlar narazılıq edirlər ki, bu gün filan müxalifət mətbuatına ayrılan vəsait əslində hakimiyyətə qarşı fəaliyyətin maliyyələşdirilməsidir. Çünki həmin KİV-lərdə konkret olaraq iqtidariçi qruplaşmalardan birinin marağı qorunur, ümumiqtidar maraqları isə təhlükə altındadır. Məhz bu məntiqlə onlar bu cür üsullarla müxalif mediada «təmsilçiliyin» əleyhinədirlər». Mənbəmiz bildirir ki, yaxın günlərdə konkret faktların yer aldığı bir müraciətin dövlət başçısına çatdırılması planlaşdırılır: «Həmin müraciət əgər ictimailəşərsə, bu həm Əli Həsənovun və həm də onun arxa-sipər durduğu mətbuatın iflası ola bilər». Geri qayıt |