Əsas Səhifə > Ölkə, Manşet > İQTİDARİÇİ QRUPLAŞMALAR KOMPRAMAT PEŞİNDƏ
İQTİDARİÇİ QRUPLAŞMALAR KOMPRAMAT PEŞİNDƏ1-05-2013, 12:36 |
ELŞAD ABDULLAYEV BİR ƏNƏNƏ YARATDI DİA.AZ: - Qarşıdan gələn prezident seçkiləri bir sıra iqtidariçi qruplaşmalar üçün rəqiblərinə zərbə vurma yolunda əlavə fürsət yaradıb. Bu barədə DİA.AZ-ın əldə etdiyi informasiyalardan aydın olur ki, bu gün məmurlar arasında rəqiblərinə qarşı kompramat toplama bir yarış da başlayıb. Mənbəmiz iddia edir ki, tərəflər əsasən bu ittiham üzərə rəqiblərinə qarşı dəlil əldə etməkdə maraqlıdırlar: «Onlar rəqiblərini daha çox eyş-işrətə maraq göstərən bir ünvan kimi gözdən salmağa maraq göstərirlər. Bu əsnada sauna və istirahət mərkəzlərinin xidmətlərindən gen-bol yararlanılır.həmin ünvanlara tez-tez baş çəkən məmurların gizli yolla videoçəkilişləri həyata keçirilir və bundan sonra həmin materiallardan istifadə olunur». Mənbəmiz konkret fakt da çəkir: «Bu günlərdə deputatlardan biri Bakıdakı istirahət mərkəzlərinin birində quyruğu ələ verib. Onun əleyhinə konkret faktlar toplanıb. Və bu işdə deputatın bağlı olduğu qruplaşmanın adı çəkilir. Bu barədə iqtidar dəhlizlərində danışılır. Gəzən söhbətlərdə də bildirilir ki, artıq həmin deputatla bağlı videoçəekilişin hətta internetlə yayımı da planlaşdırılır. Ki, bu yolla da həm həmin deputata və həm də onun aid olduğu cinaha zərbə vurulacaq». Onu da qeyd edək ki, fəaliyyətin dayandırılmış ABU-nun keçmiş rektoru Elşad Abdullayev bu gün Azərbaycanda videoçəkilişlə şantaj ənənəsini yaradıb. Bunun da nəticəsində bir nəfər müəmmalı surətdə dünyasını dəyişib, bir nəfər mandatını itirərək məhbəsə göndərilib, bir nəfərə qarşı isə güclü kampaniya start götürüb. İndi isə bu priyomun iqtidar daxilində populyarlaşdığı söylənilir. Geri qayıt |