Əsas Səhifə > Ölkə > METYU BRAYZA AZƏRBAYCANDAN GEDİR

METYU BRAYZA AZƏRBAYCANDAN GEDİR


8-12-2011, 16:24
METYU BRAYZA AZƏRBAYCANDAN GEDİR

ABŞ-IN AZƏRBAYCANDAKI SƏFİRİ POSTU KİMİN OLACAQ?

“Ən azı 5 ABŞ səfirliyi Yeni İli rəsmi səfirlərsiz qarşılaya bilər”.

APA-nın məlumatına görə, bu barədə ABŞ-ın “Foreign Policy” nəşrində dərc edilmiş və ABŞ prezidentinin Azərbaycana səfir təyin etdiyi Metyu Brayzanın mümkün təsdiqindən bəhs edən yazıda deyilir. Yaranmış vəziyyəti Senatla Dövlət Departamenti arasında səfir namizədlər üstündə mübahisə kimi təsvir edən jurnal qeyd edir ki, Brayzadan savayı Rusiya, Hindistan, Çexiya və Salvadora Obama tərəfindən təyin edilmiş, amma senatorların bu günə kimi təsdiq etmədiyi diplomatlar da oxşar vəziyyətlə üzləşiblər: “Bu ay fəaliyyətini başa vuracağı istisna edilməyən digər diplomat Azərbaycandakı səfir Metyu Brayzadır. Ötən il onun namizədliyi iki demokrat senator - Barbara Bokser və Robert Menendez tərəfindən əngəllənib. Onlar ABŞ Administrasiyasının 1915-ci ilin erməni soyqırımını mühakimə edən Konqres qətnaməsinə qarşı fəaliyyətindən məmnun olmayan erməni mənşəli seçicilərin təmsilçiləri qismində qəbul edilir”. Nəşr bildirir ki, Amerikanın Azərbaycan icması Brayzanın səfir postuna təsdiqlənməsi üçün kampaniyaya start verib.

Metyu Brayza isə APA-nın sualına cavabında bu məsələyə geniş şərh vermək istəməyib: “Senatın qərarını gözləmək lazımdır”.

Qeyd edək ki, ABŞ Senatının xarici əlaqələr komitəsinin cari ay üçün gündəliyinə Metyu Brayzanın səfir postuna təsdiqlənməsi daxil edilməyib. Bir qədər öncə senatorlar digər səfirliyə namizədləri nəzərdən keçiriblər. Qanunvericiliyə görə, Brayzanın namizədliyi məsələsi dekabrın 31-nə kimi Senatın gündəliyinə daxil edilə bilər.


Geri qayıt