Əsas Səhifə > Dünya > İRƏVANDA HAKİMİYYƏT DƏYİŞMƏDİ

İRƏVANDA HAKİMİYYƏT DƏYİŞMƏDİ


6-05-2013, 09:12
İRƏVANDA HAKİMİYYƏT DƏYİŞMƏDİ
PAYTAXT HAKİM PARTİYANIN ƏLİNDƏ QALDI

Ermənistan paytaxtı Yerevanda bələdiyyə seçkisinin ilkin nəticəsi açıqlanıb. “Media forum” saytı xəbər verir ki, hakim Respublika Partiyası 56.24 faiz səslə seçkinin qalibi olub.

Çiçəklənən Ermənistan Partiyasının 22.74 faizlə ikinci, “Salam, Yerevan” partiyalar blokunun 8.46 faizlə üçüncü yeri tutduğu bildirilir.

Müxalif qurumlar – Erməni Milli Konqresi Partiyası və Daşnaksütun Partiyası 6 faizlik səddi keçə bilməyiblər.

Yerevan bələdiyyəsi (Ağsaqqallar Şurası) 65 nəfərdən ibarətdir. Qanuna görə, səslərin 50 faizindən çoxunu toplayan partiyanın nümayəndəsi avtomatik mer seçilir. 5 may seçkisinin ilkin nəticələri hakim partiyanı təmsil edən indiki mer Taron Marqaryanın postunda qaldığını göstərir.

Geri qayıt