Əsas Səhifə > Ölkə, Manşet > MOLLA REJİMİ ƏLİ HƏSƏNOVU HƏDƏFƏ ALDI

MOLLA REJİMİ ƏLİ HƏSƏNOVU HƏDƏFƏ ALDI


9-12-2011, 13:32
MOLLA REJİMİ ƏLİ HƏSƏNOVU HƏDƏFƏ ALDI

FARS MƏTBUATI PA RƏSMİSİNİN CƏZALANDIRILMASINI İSTƏYİR

DİA.AZ: - PA rəsmisi Əli Həsənovun İrana səfərinin ardından bu ölkə ilə münasibətlərin qaydasına salınacağı gözlənilsə də, lakin bu müstəvidə elə bir ciddi dəyişiklik hələ ki müşahidə olunmur. Yəni gözlənilirdi ki, ən azından fars-molla rejiminin xüsusi xidmət orqanlarının nəzarəti altında olan xəbər portallarında antiAzərbaycan təbliğatına son verilər. Əksinə bu gün İran saytlarında əsas hədəflərdən birinə elə Əli Həsənovun özü çevrilib.

Həmin materiallardan birini diqqətinizə çatdırırıq. Qeyd edək ki, əli Həsənov hicabla bağlı fikirlərinə görə, mollaların hədəfi olub:

«"Arannews"in məlumatına əsasən, AR (qeyd: molla mətbuatı ən yaxşı halda Azərbaycanımızı «AR» abvieaturası ilə ifadə edir və əksər hallarda «Bakı dövləti» ifadəsini qullanır -red.) Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bir neçə gün öncə İrana səfər etdi və KİV məsulları ilə görüşdü və əməkdaşlıq barədə müzakirələr apardı. Sonra Azərbaycan nümayəndə heyətinin İrana səfərinin yekunları barədə mətbuata müsahibə verib. O, müsahibəsinin bir hissəsində iddia edib: "İran mətbuatında süni şəkildə Azərbaycanda ümummilli hicab əməliyyatına keçmə tədbirləri var, ümummilli Məhərrəmlik tədbirlərində vay-şivən qoparmaq, Məhərrəmliyin radikal proseslərini həyata keçirmək və s.müşahidə olunur".

Əli Həsənov artırıb: "Açıq bəyan etdim - bir milyarddan artıq müsəlman var, bunların nə qədəri hicabda gəzir? Maksimum üç-beş faizi. Məgər qalanları müsəlman deyilmi? Müsəlmandır. Məgər hicabda gəzməyən türklər, iordaniyalılar və digər müsəlmanlığın əsasında duran ərəblər müsəlman deyilmi? Müsəlmanlıq məgər hicablamı ölçülür? Bu məsələlər bütün İrandakı görüşlərdə açıq-aşkar müzakirə mövzusu oldu və qarşı tərəf də mənim fikirlərimlə, arqumentlərimlə tamamilə razı olduğunu bildirdi. Ona görə də belə razılaşma əldə olundu ki, biz bir-birimizin dəyərlərinə, seçiminə, xalqlarımızın iradəsinə hörmətlə yanaşaq və bu hörmət bütün sahələrdə olduğu kimi, KİV sahəsində də gözlənilsin".

İran tərəfinin razılaşmasının iddiasında sədaqətə riayət etmədiyi güman edilən bu azəri rəsmisinin açıqlaması bir surətdədir ki, birincisi: hicab, Quran hökmü olaraq, İslam dininin ən zəruri məsələlərindən hesab olunur və bu gün müsəlmanların nəzərə çarpan hissəsi, məxsusən türklər və ərəblər ona riayət edirlər. İkincisi: onun "vay-şivən" adlandırdığı məsələ şiələrin, daha doğrusu dünya müsəlmanlarının və azadlıqsevərlərinin İslamın sevimli Peyğəmbərinin (ə) əhli-beytinə (ə) olan eşq və məhəbətinin büruzudur. Üçüncüsü: İran KİV-i yox, bəlkə Azərbacan ölkəsinin böyük əksəriyyətinin təşkil edən müsəlman cəmiyyətinin islamçıları öz ölkələrində şiə dəyərlərinin dərinləşməsini istəyirlər və İranın bəzi mətbuatı da öz zatı vəzifəsinə əməl edərək, bu məsələləri işıqlandırmağa çalışır.

Bu azəri rəsmisinin İslamın nurani hökmləri və Azərbayacan xalqı şüuruna təhqir hesab edilən açıqlaması barədə cavabdeh olacağına ümid edilir».

Hər halda, bu mətndən də açıq-aydın duyulur ki, Əli Həsənov İrana sadəcə olaraq turist kimi səfər edib. Yenə də monitorinqlərimizi davam etdiririk. Bizi izləyin…


Geri qayıt