Əsas Səhifə > Ölkə, Manşet > TELEKANAL RƏHBƏRİ NAZİR MÜAVİNİ POSTUNA GEDİR
TELEKANAL RƏHBƏRİ NAZİR MÜAVİNİ POSTUNA GEDİR10-05-2013, 13:43 |
İSMAYIL ÖMƏROV İSƏ “AZTV”-YƏ RƏHBƏR GÖNDƏRİLƏCƏK DİA.AZ: - Bu günlərdə İctimai Televiziyanın rəhbərliyindən alınan İsmayıl Ömərovla bağlı redaksiyamıza ilginc məlumatlar ötürülüb. Mötəbər mənbələrdən DİA.AZ-a daxil olan məlumata görə, “İctimai” TV-nin keçmiş rəhbəri İsmayıl Ömərovun yeni vəzifəsi artıq müəyyən olunub. Gələn xəbərlərdə bildirilir ki, İ.Ömərəvun “AzTV”yə rəhbər olması əvvəlcədən müəyyənləşibmiş. Bununla yanaşı, “AzTV”nin hazırkı rəhbəri Arif Alışanov isə nazirliklərdən birinə müavin olaraq təyin olunacağı söylənilir. Məlumatı verən qaynağın iddialarına görə, İsmayıl Ömərovla bağlı planın yaxın günlərdə işə düşəcəyi də məlumdur: “Arif Alışanova gəlincə isə, onun adamları artıq İTV-də yerləşdirilir. İTV-dən isə İsmayıl Ömərovun kadrlarının AzTV-yə transferi planlaşdırılır”. Geri qayıt |