Əsas Səhifə > Ölkə, Manşet > SEVİNC BABAYEVANIN ÖLÜM SƏBƏBİ HAQDA ŞOK
SEVİNC BABAYEVANIN ÖLÜM SƏBƏBİ HAQDA ŞOK14-05-2013, 12:23 |
ONUN ZƏHƏRLƏNMƏDİYİ DEYİLİR DİA.AZ: - Türkiyəyə aid mənbələrdən əldə etdiyimiz məlumata görə uzun müddətdir ictimaiyyətin diqqətində olan və bir çox dedi-qodu və şayiələrə səbəb olan, ötən ilin 26/12/2012-ci il tarixində Sevinc Babayevanın İstanbuldaki ölümü ilə əlaqədər keçirilmiş ekspertizanın rəyi hazırdır, buna aydınlıq gətirmək üçün hadisə ilə əlaqədər istintaqı aparan Türkiyə Respublikası İstanbul Büyükçekmece Baş Prokuroru Fuad Arı ilə görüşməyə qərar verdik. DİA.AZ bildirir ki, bu barədə “olaylar” xəbər yayıb. Baş Prokuror Fuad Arı Sevinc Babayevanın vəfatı ilə əlaqədər məhkəmə - tibbi ekspertizanın nəticələrinin müəyyən edildiyini bəyan edərək , mərhumun vəfatı ilə əlaqədər məhkəmə -tibbi ekspertizanın rəyini bu şəkildə açıqladı: "1972 ci ildə anadan olmuş Babayeva Sevinc Telman qızının İstanbul şəhərində “Medicana İnternational” Xəstəxanasında ölməsi faktı üzrə Türkiyə Respublikası İstanbul Böyükçəkməcə Cümhuriyyət Baş prokurorluğunda aparılan araşdırma ilə əlaqədər təyin edilmiş və İstanbul Ədliyyə Tibb Baş İdarəsində keçirilmiş məhkəmə-tibb ekspertizası başa çatmışdır. Türkiyə Respublikası Böyükçəkməcə Cümhuriyət Baş prokurorluğuna göndərilən ekspertizanının rəyində Sevinc Babayevada travmatik lezyon müəyyən edilmədiyinə görə onun travmatik bir təsirlə ölməsinin tibbi dəlillərlə aşkarlanmadığı, daxili müayinə zamanı götürülən toxuma nümunələrində axtarılan toksiki maddələrin müəyyən olunmadığı üçün onun zəhərlənərək ölməsinin tibbi dəlillərlə təsdiq olunmadığı və ürək-damar xəstəliyi olan Sevinc Babayevanın ölümünün pulmoner tromboemboli nəticəsində meydana gəlmiş olduğu türk ekspertləri tərəfindən yekdilliklə müəyyən olunmuşdur. ”Türkiyə Respublikası İstanbul Böyükçəkməcə Baş prokuroru Fuad Arı beləliklə Sevinc Babayevanının heç bir xarici fiziki müdaxilə və təsir olmadan əziyyət çəkdiyi ürək-damar xəstəliyindən vəfat etdiyini təsdiqlədi. Baş prokuror məhkəmə-tibb ekspertizasının rəyini bu şəkildə təsdiq etdi ki, "Qətiyyətlə sizə bunu bəyan edə bilərəm ki , Sevinc Babayeva heç bir xarici fiziki müdaxilə olmadan öz əcəli ilə öncədən əziyyət çəkdiyi ürək-damar xəstəliyindən dünyasını dəyişib. Biz Azərbaycan Respublikasının Baş Prokurorluğuna da məhkəmə-tibb ekspertizasının başa çatması barədə məlumat vermişik, hazırda onlar ekspertiza rəyi ilə tanış olmaq və rəyin bir surətini almaları üçün İstanbula öz əməkdaşlarını ezam etmişlər. Sevinc Babayevanın İstanbula gələrək gizlənməsinə yardım etmiş türk vətəndaşlarının barəsində isə istintaqın davam etdiyini və bütün bunlara ümumi qiymət veriləcəyini bildirdi.” Geri qayıt |