Əsas Səhifə > Hadisə > İCRA NÜMAYƏNDƏSİ RÜŞVƏT ALARKƏN HƏBS OLUNDU

İCRA NÜMAYƏNDƏSİ RÜŞVƏT ALARKƏN HƏBS OLUNDU


10-12-2011, 12:43
İCRA NÜMAYƏNDƏSİ RÜŞVƏT ALARKƏN HƏBS OLUNDU

MASALLIDA KORRUPSİYAYA QARŞI ƏMƏLİYYAT KEÇİRİLDİ

Bu gün səhər saatlarında Masallı rayonunda rüşvətxorluq faktının aşkarlanması və bir nəfərin həbs olunması ilə bağlı redaksiyamıza məlumat daxil olub.

Bildirilir ki, Masallı rayon İcra nümayəndəliyinin sədri Laçın Sadıqzadə rüşvət aldığı zaman Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs edilərək Bakıya gətirilib. Onun həbsinin səbəbkarı isə rayonda fəalliyyət göstərən İdman Malları mağazasının Rasim adlı sahibi olub.

Belə ki, Rasim bu günlərdə şəxsi işi ilə bağlı Bakıya gəlir. İşlərini həll etdikdən sonra rayona qayıdır və mağazanın sökülmək ərəfəsində olduğunu görür. Baş verənlərin qarısını almaq üçün İcra nümayəndəliyinə gedir və icra nümayəndəsi Laçın Sadıqzadənin görüşərək bunun səbəbini öyrənməyə çalışır. Söhbət əsnasında icra nümayəndəsi sahibkardan mağazanın sökülməməsi üçün yüksək məbləğdə rüşvət tələb edir.

Onunla razılaşmayan sahibkar yenidən Bakıya qayıdır və baş verənlərlə bağlı Korrupsiyaya qarşı Mübarizə İdarəsinə şikayət edir. Şikayətə baxan İdarə əməkdaşları birlikdə kiçik əməliyyat planı hazırlayırlar və Rasim müəllimi əməliyyata həyata keçirmək üçün rayona göndərirlər. Rayona gəldikdən dərhal sonra o, tələb olunan məbləğlə L.Sadıqzadənin qəbuluna gedir və həmin pulu ona təqdim edir. İcra nümayəndəsi pulu alan anda Korrupsiya idarəsinin əməkdaşları içəri daxil olaraq, onu həbs edirlər.

Etibarlı mənbədən aldığımız məlumata görə, KQMİ-ndə aşkar edilən faktla bağlı cinayət işi açılıb və əməliyyat tədbirləri həyata keçirilir.

bia.az

Geri qayıt