Əsas Səhifə > Ölkə, Güney Press, Manşet > KEÇMİŞ REKTORUN TƏŞKİLATINDAN MƏMURLARA HƏDƏ
KEÇMİŞ REKTORUN TƏŞKİLATINDAN MƏMURLARA HƏDƏ14-05-2013, 16:06 |
DİA.AZ: - Keçmiş ABU rektoru Elşad Abdullayevin də rəhbərliyində təmsil olunduğu Avropa Azərbaycanlıları Milli Birlik Şurasının Azərbaycan hakimiyyətinə müraciət ünvanlayıb. DİA.AZ olaraq həmin mrüaciətin mətnini diqqətinizəı təqdim edirik: "Avropa Azərbaycanlıları Milli Birlik Şurası (AAMBŞ) Vətəndən insanlarımıza təzyiq və təqiblər haqqında hər gün həyəcanlı xəbərlər alır. Bunların bir qismi AAMBŞ-nın fəal üzvlərinin Vətəndə yaşayan yaxınlarıyla bağlıdır. Azərbaycanın güc orqanları, əsasən də Milli Təhlükəsizlik Nazirliyi və Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən Təşkilatımızın üzvlərinin Vətəndə yaşayan yaxın qohumlarına: həyat yoldaşlarına, valideynlərə, uşaqlara müxtəlif üsül və vasitələrlə təqib və təziqlər edilir. Əsas məqsəd üzvlərimizi qorxutmaq, onları qoşulduqları haqq işindən çəkindirməkdir. Bü gün haqq və ədalət uğrunda mübarizəyə qalxan insanların ailə üzvləri, yaxın qohumları izlənilir, işsiz qoyularaq küçələrə atılır, çörəklə imtahana çəkilir, həbs edilir, Vətəndən didərgin salınır. Azərbaycan hakimiyyəti müxalif mövqedə duran insanların arvad-uşağını girov hesab edir, onlarla bolşeviksayağı rəftar edir, amma yaddan çıxardır ki, bu metodlar tarixən həmişə qısa müddətə effektli olub. Qadınları və uşaqları hədəf seçənlər anlamalıdırlar ki, onlar xalqımızın ən müqəddəs adət-ənənələrinə toxunur, onları pozur. Bu da insanların nifrət hissini bir daha artırır. Biz Azərbaycan Respublikası Prezidentindən və güc orqanları rəhbərlərindən tələb edirik ki, Azərbaycan Respublikası Konstitusiyasıla onlara həvalə olunan vəzivələrlə məşğul olsunlar. Siz bilməlisiz ki, sizin səlahiyyətlərinizə AR-nın qanunları və beynəlxalq hüquq normalarına uyğun fəaliyyət göstərən müxalif qüvvələrlə mübarizə daxil deyil. Bu birbaşa əsas insan hüquq və azadlıqlarına təminat verən AR Konstitusiyasının müddəalarının kobud şəkildə pozulmasıdır. Siz dərk etməlisiniz ki, nə qədər çox fərqimiz olsa da, biz hamımız azərbaycanlıyıq və azərbaycançılıqdan kimsə çıxa bilməz. Biz Avropada sivil forma və qaydalarla fəaliyyət göstəririk. Sizin də uşaqlarınız, ailə üzvləriniz, qohumlarınız burda yaşayırlar, işləyirlər, oxuyurlar, istirahət edirlər. Amma bu gün Avropada yaşayan minlərlə siyasi mühacir yeri gəldikcə bir azərbaycanlı olaraq onlara hörmətlə yanaşır və həmişə hər cür köməklik göstərməyə hazırdırlar. Biz hesab edirik ki, qadınlar və uşaqlar təqib və təziq hədəfi olmamalıdır və bu məsələlərdə hər iki tərəf - iqtidarla müxalifət arasında yazılmamış Pakt olmalıdır, hər iki tərəf tarixin sınağından çıxmış adət-ənənələrimizə uyğun olan çərçivədən kənara çıxmamalıdır. Rzayev Qabil (İsveçrə) – Təşkilatın sədri, Əbilov Ataxan (Niderland) – Təşkilatın Məclis sədri, Abdullayev Elşad (Fransa) – Təşkilatın sədr müavini, Bünyatov Yalçın (Ukrayna) – Məclis üzvü, Əliyev Bəhruz (Niderland) – Məclis üzvü" Geri qayıt |