Əsas Səhifə > Ölkə, Manşet > AZƏRBAYCANIN ƏN BÖYÜK BAZARI: GÖMRÜK KOMİTƏSİ

AZƏRBAYCANIN ƏN BÖYÜK BAZARI: GÖMRÜK KOMİTƏSİ


15-05-2013, 12:15
AZƏRBAYCANIN ƏN BÖYÜK BAZARI: GÖMRÜK KOMİTƏSİ
ŞOK FAKTLAR: BU BAZARDAN YIĞILAN MİLYONLAR KİMLƏRİN CİBİNƏ AXIR

DİA.AZ: - «Son günlər gömrük sistemindəki özbaşınalıqlarla bağlı dövrü mətbuatda silsilə xarakterli materiallar yer almaqdadır. Amma hələ də cəmiyyət əsl reallıqları bilmir». Bu sözlər DİA.AZ-a daxil olan bir məlumatda yer alıb. Özünü Dövlət Gömrük Komitəsinin əməkdaşlarından biri kimi təqdim edən anonim mənbə maraqlı bilgiləri də redaksiyamıza göndərib.

Mənbənin yazdıqları: «Gömrükdə ikili mühasibatlıq var. Əslində, əksər dövlət qurumlarında belədir. Amma bəlkə də heç bir dövlət orqanında gömrküdə olduğu kimi mühasibatlıqlar arasında uçurum həddində fərq yoxdur. Təsəvvür edin, dövlət büdcəsinə əgər 1 manat ödənirsə, bilin ki, 100 manat artıq mənimsənilib. Aradakı fərq bundan ibarətdir».

Hələ də gömrükdə «paket» sisteminin qüvvədə olduğunu bildirən qaynaq əlavə edir: «Hər ay yekun hesablamalar olur. Toplanan rüşvət çemodanlarla yuxarılara çatdırılır. Sonradan isə yuxarılar öz paylarını götürür və aşağılara paketlər gəlir. Paketlər heç də hamı üçün deyil. Yalnız işi aparan, gömrüyün bel sütunu hesab olunan mütəxəssislər maaşdan əlavə paket alırlar. Paket də deyəndə, adı paketdir. Elə adam var ki, maaşdan əlavə olaraq 20 min manat alır».

Mənbə bildirir ki, bir ay ərzində ümumilikdə olaraq respublika üzərə təxminən 100 milyon manata yaxın vəsait mənimsənilir: «Bu böyük bir məbləğdir. Amma gömrükdə başqa qazanc yerləri də var ki, bu da ayrı-ayrı şəxslərin nəzarəti altındadır. Söhbət müsadirə olunmuş mallardan gedir. Həmin malların aqibəti ilə kimsə maraqlanıbmı? Bir sahibkarın əlindən alınan mallar sonradan Azərbaycan bazarına çıxarılır. Yəni adamlar maya qoymadan böyük pullar əldə edirlər».

Onu da bildirək ki, mənbə çox ciddi faktları da açıqlayıb ki, bununla bağlı DİA.AZ olaraq araşdırma aparırıq. Yaxın vaxtlarda həmin faktları da diqqətənizə təqdim edəcəyik. Bizi izləməkdə davam edin.

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq…

Geri qayıt