Əsas Səhifə > Siyasət, Manşet > ŞEYXİN QUDASININ OBYEKTLƏRİNƏ ƏL QOYULDU

ŞEYXİN QUDASININ OBYEKTLƏRİNƏ ƏL QOYULDU


11-12-2011, 12:55
ŞEYXİN QUDASININ OBYEKTLƏRİNƏ ƏL QOYULDU

QMİ RƏHBƏRİ MEBEL BAZARINDAN DA ÇIXARILIR

DİA.AZ: - Milli Məclisin deputatı, Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Şeyxülislam Hacı Allahşükür Paşazadənin qudası Hacı Qalib Salahzadə problemlə üzhləşib. Bu barədə “Dünya” İnformasiya Agentliyi redaksiyasını (dia-az.site) bilgiləndirən mötəbər mənbə iddia edir ki, Şeyxin qudasına məxsus olan Bakı kəndlərində yerləşən bir neçə obyektə əl qoyulub.

Mənbə iddia edir ki, obyektlərə birbaşa olaraq «yuxarı» instansiyalar əl qoyduğundan Hacı Qalibin baş verənləri müşahidə etməkdən başqa çarəsi qalmayıb. Məlumatlara görə, Hacı Qalibə məxsus bir şadlıq evi, bir supermarket və ayrı-ayrı şəxslərə icarəyə verilmiş bir 4 mərtəbəli binaya əl qoyulub.

Onu da bildirək ki, artıq ekspertlər baş verənləri dəyərləndiriblər. Bu barədə redaksiyamıza açıqlama verən hökumət içindəki qaynaq iddia edir ki, Hacı Qalib Şeyxin qudası olması səbəbindən obyektlərini itirib: «Bu bir kampaniyadır. Şeyx mebel bazarında da sıxışdırılır. İndi də onun qohumlarına sıra çatıb». Onu da xatırladaq ki, Şeyxin adamları tərəfindən yönləndirilən «EmbaWood» mebel şirkəti bu günlərdə gömrükdə ciddi problemlər yaşayıb. Hətta Paşazadənin nüfuzu belə bu şirkətə məxsus olan idxal məhsullarının gömrükdən buraxılmasını təmin edə bilməyib.


Geri qayıt