Əsas Səhifə > Ölkə, Manşet > ŞEYTANA İNANAN MƏMURUMUZ CANINA QIYACAQMI?

ŞEYTANA İNANAN MƏMURUMUZ CANINA QIYACAQMI?


22-05-2013, 12:14
ŞEYTANA İNANAN MƏMURUMUZ CANINA QIYACAQMI?
GƏNC İNTİHARLARIN ŞOK PƏRDƏARXASI

DİA.AZ: - Son günlər gənclərimizin intihar etməsi faktları daha da artıb ki, bu da çox ciddi narahatçılıqlar yaratmaqdadır. Ən azından ölənlərin yaxınlarında. Normalda isə bütün cəmiyyət bu gün yeniyetmələrin belə intihara əl atmasını həyəcan siqnalı kimi qəbul edir.

Bu intihar faktları müəyyən araşdırmaların aparılmasına nədən oldu və yenə də gündəmə ayrı-ayrı təriqətlərə inanc, ayrı-ayrı sektaların gənclərimizi oğurlaması məsələsi daşınmış oldu. Bəli, bu faktdır ki, artıq Bakıda özlərini «emo» elan edib, intihara belə hazır olan sekta var və bu sektada minlərlə yeniyetmə azərbaycanlı birləşir.

Təbii ki, dövlətin sözügedən istiqaməti boş buraxması problemin birinci nədənidir. Hər halda bizlər özünün ayrıca dini və ideoloji konsepsiyası olmayan bir dövlətdə yaşayırıq. Belə olan təqdirdə isə gənclərimizin Allahın əvəzinə Şeytana tapınması normal bir təzahür kimi qəbul olunmalıdır.

Şeytana tapınanlar haqqında o qədər də çox məlumatlı olmayan Azərbaycan cəmiyyətində satanizm məclislərinin təşkil olunacağını eşidəndə əksəriyyət inanmaya bilər. Hər halda, bunun reallıq olduğu faktlarla da sübuta yetirilir. Ən dəhşətlisi isə odur ki, Bakıda təşkil olunan satanist məclisləri çox nüfuzlu məmurlarımızdan biri tərəfindən himayə olunur.

Bu barədə DİA.AZ-a məlumat verən bilgili qaynaq iddia edir ki, hər həftənin cümə günü şeytana tapınanlar Bakıda - Xəzər dənizinin sahilində gecə yarısı toplaşırlar. Onların özünəməxsus ayinlərinin də olduğunu bildirən mənbəmiz həmin məclisin əslində, ABŞ-dakı satanist cəmiyyətlərindən qidalandığını və qaynaqlandığını da söylədi:

«Onların sayı çox olmasa da, aralarında iş adamları və hətta bir dövlət məmuru da var. Elə hər şey də həmin dövlət məmurunun nüfuzu ilə bağlıdır. Həm məclisləri himayə olunur və həm də sıraları genişlənir»

Qeyd edək ki, satanistlər Tanrının və yaxud da Şeytanın varlığına inanmırlar, sadəcə olaraq Şeytani dəyərləri yüksəldirlər. Özəl olaraq xristianlığa qarşı bir hərəkətlənmə olan satanizm əslində bütün dinləri inkar etməklə yanaşı, özü bir inanc sistemini formalaşdırmaqdadır.

Bu yeni dini cərəyan Şeytanın tanrılaşdırılmasını təlqin edir. Başda İngiltərə, Fransa və Almaniya olmaqla, xüsusən də Amerikada yaranaraq bütün dünyaya yayılan bu cərəyanın özəl ayinləri, insanı qurban etmə kimi dəhşət saçan ritualları var.Satanizm şeytani müxalifliyin haqq olduğunu təbliğ edir və bu dəyərləri vəsf etməkdədir. Modern satanizm ABŞ-da macar əsilli Anton Szandor Lavey tərəfindən qurulmuş Şeytan Kilsəsi formasında ortaya çıxıb və dünyaya yayılmaqdadır.

Mənbəmiz isə iddia edir ki, hələlik sayları 4000-ə çatan Azərbaycan satanistləri insanı qurban etmə kimi ayinlərə əməl etmələri də yayılan xəbərlər sırasındadır.

Geri qayıt