Əsas Səhifə > Ölkə, Manşet > İSMAYIL ÖMƏROV RAMİZ MEHDİYEVİN KADRI OLUB?

İSMAYIL ÖMƏROV RAMİZ MEHDİYEVİN KADRI OLUB?


22-05-2013, 16:39
İSMAYIL ÖMƏROV RAMİZ MEHDİYEVİN KADRI OLUB?
PA DAXİLİNDƏKİ CÜTLÜK HƏRƏKƏTƏ KEÇİB

DİA.AZ: - Prezident Administrasiyası daxilindəki çəkişmələrlə bağlı sizləri məlumatlandırmışdıq. Bildirmişdik ki, PA-nın yeni rəhbər müavinləri Zeynal Nağdəliyevlə Əli Əsədov PA şefi Ramiz Mehdiyevə qarşı koalisiya yaratmaqla yanaşı, konkret addımları atma yönündə də qərar veriblər.

Bu barədə DİA.AZ-a daxil olan informasiyalardan aydın olur ki, ilkin olaraq PA rəhbərinin mətbuatla bağlı siyasətinə əl gəzdirilməsi nəzərdə tutulur. Xatırladaq ki, az əvvəl Ramiz Mehdiyevlə bağlı AzTV-yə təlimatın verilməsi haqda informasiyalar yayılmışdı. Bildirilirdi ki, dövlət kanalına Mehdiyevlə bağlı hər hansı xəbərin verilməsinə məhdudiyyət qoyulub. Hətta PA şefinin görüntülərinin belə AzTV-də əks olunması, hansısa dövlət tədbirində onunla bağlı kadrların verilməsi qadağan edilib.

Son məlumatlardan aydın olur ki, əslində «İctimai» kanalda baş verən rəhbər dəyişikliyi də sırf olaraq Mehdiyevlə bağlı kampaniyanın tərkib hissəsi imiş. Mənbə iddia edir ki, Ramiz Mehdiyevin adamı olması səbəbindən İsmayıl Ömərova əlvida deyilib: «Bu proses çoxdan başlayıb. Mehdiyevə yaxın olan bütün kadrlar, ona aid olan öütün istiqamətlər bu formada «zərərsizləşdiriləcək». Lakin efir və mətbuat məkanı xüsusi önəm daşıdığından bu məsələ önə düşdü».

Mənbəmiz onu da bildirdi ki, bu gün rəsmi mediaya qeyri-rəsmi olaraq nəzarət edən Əli Həsənovun vəzifəsindən alınması, bu istiqamətin Zeynal Nağdəliyevə həvalə edilməsi də gözlənilir.

Geri qayıt