Əsas Səhifə > Ölkə, Manşet > ABBAS ABBASOV SSRİ-DƏN DANIŞANDA AĞLADI

ABBAS ABBASOV SSRİ-DƏN DANIŞANDA AĞLADI


25-05-2013, 10:39
ABBAS ABBASOV SSRİ-DƏN DANIŞANDA AĞLADI
RATİ RƏHBƏRİNİN SOVET NOSTALGİYASI

DİA.AZ: - «Milyarderlər ittifaqı» kimi tanınan Rusiya Azərbaycan Təşkilatları İttifaqının sədri, «Azərros» Ağsaqqallar Şurasının rəhbəri, Azərbaycan baş nazirinin keçmiş müavini Abbas Abbasov artıq hansı əqidədə olduğunu gizlədə bilmir. Elə buna görədir ki, hətta RATİ rəhbəri keçmiş SSRİ barəsində də ürəkağrısı ilə danışmağa başlayıb.

DİA.AZ-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Samaradakı Azərbaycan Liqasının 10 illik yubileyindən dünən etdiyi çıxışı zamanı Abbas Abbasov SSRİ sevdalısı olduğunu bir daha nümayiş etdirib.

Belə ki, «Milyarderlər ittifaqının» rəhbəri Qarabağ münaqişəsi barəsində etdiyi çıxışı zamanı SSRİ-ni bolluca tərifləyərək, nostaljiyə da qapılıb: «Qarabağ münaqişəsi SSRİ-nin dağılmasından sonra ortaya çıxdı. Bizim «dahi» siyasətçilərimiz fürsəti əldən verdiklərinə görə, belə bir şərait meydana gəldi. Və nəticədə böyük bir dövlətin ərazisində bu cür konflikt zonaları, «qaynar nöqtələr» yaranmış oldu. Mən SSRİ-ni bu gün də böyük, nəhəng dövlət kimi qəbul edirəm».

Hər halda, cənab Abbasovun SSRİ-ni bu şəkildə dəyərləndirməsi təsadüfi deyil. Ən azından ona görə ki, bu gün RATİ rəhbəri Kremldən ixrac olunan avrasiyaçılıq ideyasının əsas daşıyıcılarından biri olmaqla yanaşı, həm də Azərbaycanda bu ideyanın hakimiyyətə gətirilməsi üçün qollarını çırmayan birisidir.

Geri qayıt