Əsas Səhifə > Dünya > LİVANDAN İSRAİLƏ RAKET ZƏRBƏSİ

LİVANDAN İSRAİLƏ RAKET ZƏRBƏSİ


27-05-2013, 10:21
LİVANDAN İSRAİLƏ RAKET ZƏRBƏSİ
Cənubi Livan ərazisindən İsrail istiqamətində raket buraxılıb.

SalamNews-un “İTAR-TASS”a istinadla verdiyi xəbərə görə, bu barədə Livanın əl-Vətəniyə informasiya agentliyi məlumat yayıb.

Bildirilib ki, yaylım atəşi bu gecə Livan-İsrail sərhədindən 6 kilometr məsafədə yerləşən Marcayun şəhəri ərazisindən həyata keçirilib. Xəsarət alanlar və dağıntı barədə hələlik məlumat yoxdur.

“Partlayış səsi eşidildi. Hazırda əsgərlər ərazini təmizləyirlər. Partlayışın səbəbləri müəyyənləşdirilir.” – deyə İsrail ordusunun nümayəndəsi Reuters agentliyinə bildirib.

İsrailin ordu strukturuna aid digər bir mənbə isə mərminin minomyotdan buraxıldığını güman edir.

Livan hərbçiləri və BMT sülhməramlıları hadisənin araşdırılması məqsədilə artıq Marcayuna gəliblər.

Geri qayıt