Əsas Səhifə > Ölkə, Manşet > RAMİZ MEHDİYEV RƏQİBLƏRİNİ ÇƏTİN VƏZİYYƏTƏ SALIB
RAMİZ MEHDİYEV RƏQİBLƏRİNİ ÇƏTİN VƏZİYYƏTƏ SALIB27-05-2013, 11:30 |
ƏKS-QÜTB TƏMSİLÇİLƏRİ İSTERİK GEDİŞLƏR EDİR DİA.AZ: - Prezident Administrasiyası daxilindəki maraq toqquşması yeni ampluaya qədəm qoyub. Bu barədə DİA.AZ-a ötürülən informasiyalardan bəlli olur ki, artıq PA rəhbəri Ramiz Mehdiyevin revanş addımlarının fonunda tərəddüd keçirən əks-qütb təmsilçiləri yaranmış situasiyanın ağırlığından hətta isterik addımlar atmağa belə meyl göstərirlər. Mənbə iddia edir ki, bu qəbildən olan bir addım PA daxilində Ramiz Mehdiyevə qarşı kampaniyanın başlamasıdır. Mənbənin söylədikləri: «Konkret olaraq Zeynal Nağdəliyevlə Əli Əsədov cütlüyü PA daxilində Ramiz Mehdiyevə qarşı kampaniya başladıblar. Onun ağır xəstəlikdən əziyyət çəkməsi barədə şaiyələr yayırlar. Yəni bununla da mehdiyevçi cinahı sarsıtmağı düşünürlər. Halbuki bu tam isterikadır. Çünki onlardan fərqli olaraq Ramiz Mehdiyev çox ciddi nailiyyətlər əldə edərək, qarşıdan gələn prezident seçkilərində də təşəbbüskar mövqeyini qoruyub saxlayıb. Yəni ancaq pul qazanmaqla məsələnin bitdiyini təxmin edənlər yanılıb». Mənbəmiz iddia edir ki, yaxın günlərdə tərəflər arasında «razborka» da baş tuta bilər: «Bu, əslində ən üst düzəyin istəyidir. Çünki bu şəkildə seçkilərə gedilə bilməz. Həm də kənardan artan basqılar burada nəzərə alınır». Redaksiyamıza bir başqa istiqamətdən daxil olan informasiyada isə bildirilir ki, Ramiz Mehdiyevin keçən həftə icra başçılarını başına toplamasının rəsmən meydan oxunması kimi qəbul edən əks-qütb təmsilçiləri PA şefinin bu alternativliliyinin onlara baha başa otura biləcəyini də təxmin edirlər: «İstər-istəməz hansısa tərəf yenilməlidir. Əgər bu gün Ramiz Mehdiyev öz gücünü ortaya qoyursa, deməli, əlinə düşən ilk fürsətdəcə rəqiblərini də zərərsizləşdirəcək. Yəni bu güc nümayişi təkcə Ramiz Mehdiyevin öz postunda qala bilməsinə hesablanmayıb, həm də onun rəqiblərinə bir işarədir». Geri qayıt |