Əsas Səhifə > Şou-biznes > "EUROVISION" İŞTİRAKÇISI İNTİHAR EDİB

"EUROVISION" İŞTİRAKÇISI İNTİHAR EDİB


13-12-2011, 12:25
"EUROVISION" İŞTİRAKÇISI İNTİHAR EDİB

O, YAŞADIĞI 6 MƏRTƏBƏLİ BİNADAN ÖZÜNÜ ATIB

"Eurovision 1998" mahnı müsabiqəsinin Rumıniyadan olan 37 yaşlı iştirakçısı Malina Olinesku dekabrın 11-dən 12-nə keçən gecə intihar edib. Trend-in çərşənbə axşamı Rumıniya mətbuatına istinadən yaydığı məlumata görə, Olinesku Buxarestdə yaşadığı 6 mərtəbəli binadan özünü atıb.

Məlumatı "Eurovision 2012"-nin rəsmi saytı da təsdiqləyib.

Malina Olinesku 1974-cü il yanvarın 29-da Buxarest şəhərində anadan olub. O, peşəkar karyerasına 1995-ci ildə ölkənin "Mamaia and Cerbul de Aur (Golden Stag)" kimi musiqi festivallarında iştrakı ilə başlamışdı.


Geri qayıt