Əsas Səhifə > Ölkə > RAFİQ TAĞININ QƏTLİ CİDDİ ŞƏKİLDƏ ARAŞDIRILMALIDIR

RAFİQ TAĞININ QƏTLİ CİDDİ ŞƏKİLDƏ ARAŞDIRILMALIDIR


13-12-2011, 12:45
RAFİQ TAĞININ QƏTLİ CİDDİ ŞƏKİLDƏ ARAŞDIRILMALIDIR

“HADİSƏNİ TÖRƏDƏNLƏR AŞKARLANSIN”

“Rafiq Tağının öldürülməsi cinayətdir. İstintaqı aparılan cinayətlə bağlı məsələyə münasibət bildirmək qeyri-məqbuldur. Mən çox istərdim ki, hüquq-mühafizə orqanları bu cinayəti çox ciddi şəkildə araşdırsınlar. Hadisəni törədənlər aşkarlansın və öz layiqli cəzalarını alsınlar”.

APA-nın xəbərinə görə, bunu Ombudsman Elmira Süleymanova yazıçı-publisist Rafiq Tağının qətli ilə bağlı jurnalistlərin suallarına cavab olaraq bildirib.

“Azərbaycan vətəndaşının öldürülməsi barədə xarici ölkədə fətva verilməsini necə qiymətləndirirsiniz” sualına E. Süleymanova belə cavab verib: “Bəzi hallarda Ombudsmandan onun səlahiyyətlərinə aid olmayan məsələ barədə açıqlama vermək xahiş olunur. Mənim səlahiyyətlərim qanunla tənzimləmir. Xarici ölkələrdə kimlərinsə hansısa fikir söyləməsinə münasibət bildirmək Azərbaycan Ombudsmanının səlahiyyətində deyil. Ombudsman öz ölkəsinin qatıldığı beynəlxalq konvensiyalar, qanunvericilik, ölkənin yurisdiksiyasında olan vətəndaşların hüquqları ilə bağlı məsələlərə münasibət bildirə bilər”.


Geri qayıt