Əsas Səhifə > Ölkə, Manşet > MƏMURLARDAN BİRİNİN QOHUMU HAQDA HƏBS QƏRARI
MƏMURLARDAN BİRİNİN QOHUMU HAQDA HƏBS QƏRARI30-05-2013, 13:36 |
ELŞAD ABDULLAYEVİN VİDEOLARI ÖZ İŞİNİ GÖRÜR DİA.AZ: - Məlum olduğu kimi, hazırda mühacirətdə yaşayan Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayevin videosunu yaydığı və adı Mahir Abdullayevin itkin düşməsində hallandırılan, bu proses nəticəsində keçmiş rektordan 3 milyon dollar aldığı iddia olunan Arzu Kazımovla bağlı istintaq işi yekunlaşaraq məhkəməyə göndərilib. Bununla bağlı DİA.AZ-ı bilgiləndirən hökumət içindəki bilgili qaynağın sözlərinə görə, hələ də davam etməkdə olan Elşad Abdullayevin videobombardmanı ilə əlaqədar olaraq daha bir səs-küylü həbsin həyata keçirilməsi planlaşdırılır. Mənbənin söylədikləri: «Bu dəfə nüfuzlu məmurlardan birinin yaxın adamı həbs oluna bilər. Onun adı da Elşad Abdullayev tərəfindən bir neçə dəfə çəkilib. Hələlik bu barədə «yuxarıların» icazəsi gözlənilir». Mənbəmiz onu da əlavə etdi ki, Elşad Abdullayevin özünün də həbsi gündəmdədir: «Buna isə əks tərəf çalışır». Qeyd edək ki, Elşad Abdullayev ilk olaraq Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin adından edilən «mandat bazarlığı» ilə gündəmə gəlsə də, onun tərəfindən xeyli sayda dövlət məmuruna qarşı real ittihamların səsləndiyi videofaktlar da ictimailəşib. Geri qayıt |