Əsas Səhifə > Ölkə > İŞ ADAMININ 100 MİN MANATINI APARDILAR

İŞ ADAMININ 100 MİN MANATINI APARDILAR


14-12-2011, 12:35
İŞ ADAMININ 100 MİN MANATINI APARDILAR

HADİSƏ MASALLIDA QEYDƏ ALINIB

Azərbaycanda mənzildən külli miqdarda pul oğurlanıb. Bu barədə APA-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.

Hadisə Masallı rayonunda qeydə alınıb. Rayon sakini Şəmsəddin Kərimovun evindən 90 min manat və 20 min ABŞ dolları naməlum şəraitdə oğurlanıb. Həyata keçirilən tədbirlər nəticəsində oğurluq hadisəsinin üstü açılıb. Hadisəni törədən şəxsin Ş. Kərimovun oğlu Elməddin Kərimov olduğu müəyyənləşib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Qeyd edək ki, Ş. Kərimov sahibkarlıq fəaliyyəti ilə məşğul olur.


Geri qayıt