Əsas Səhifə > Ölkə, Manşet > KEÇMİŞ KONSUL İCRA BAŞÇISI OLUR

KEÇMİŞ KONSUL İCRA BAŞÇISI OLUR


14-12-2011, 15:34
KEÇMİŞ KONSUL İCRA BAŞÇISI OLUR

GƏLƏN HƏFTƏDƏN KADR İSLAHATLARI YENİDƏN START GÖTÜRƏ BİLƏR

DİA.AZ: - Gələn həftə daha iki rayonun icra başçısı dəyişdiriləcək. Bu məlumat redaksiyamıza Nazirlər Kabinetindəki etibarlı qaynaqdan daxil olub. Mənbə iddia edir ki, çoxdan bəri planlaşdırılan icra başçıları ilə bağlı dəyişiklik qərarı gələn həftədən start götürə bilər və işlər gələn ilə qalmayacaq.

Mənbənin «Dünya» İnformasiya Agentliyi redaksiyasına söylədiklərindən o da aydın olur ki, Bakının Xətai rayonunun icra başçısı Razim Məmmədov gələn həftə görəvindən alınır: «Onun yerinə isə hazırda Xaçmaz rayonuna rəhbərlik edən Şəmsəddin Xanbabayev təyin olunacaq. Xaçmaza isə yeni kadrın təyin edilməsi planlaşdırılır».

Mənbəmiz bildirir ki, hələlik təsdiqlənməyən məlumatlarda Xaçmaza bir zamanlar Azərbaycanın İstanbuldakı konsulu vəzifəsini tutmuş Səyyad Aranın təyin edilməsi gözlənilir. Onu da xatırladaq ki, bu günlərdə Səyyad Aranın vəzifəyə gedəcəyi ilə bağlı məlumatlar bəzi qəzet səhfələrinə də yol tapmışdı. İndi isə bu xəbəri NK-dakı qaynaqlar da təsdiqləyir.


Geri qayıt