Əsas Səhifə > Ölkə > “VZRIVPAKET”LƏRƏ QADAĞA QOYULDU
“VZRIVPAKET”LƏRƏ QADAĞA QOYULDU14-12-2011, 16:16 |
BU BARƏDƏ RƏSMİ QƏRAR VERİLDİ Yeni il bayramı ərəfəsində pirotexniki məmulatlar və tez alışan maddələrin qanunsuz dövriyyəsinin qarşısını almaq məqsədilə Daxili İşlər Nazirliyinin rəhbərliyi göstəriş verib. Trend-in sualına cavab olaraq nazirliyin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov çərşənbə günü bildirib ki, göstəriş respublikanın bütün polis orqanlarına, o cümlədən Bakı şəhərinin rayon polis idarələrinə, Çevik Polis Alayına göndərilib. Zahidovun sözlərinə görə, Yeni il bayramı ərəfəsində küçə, meydan və digər ictimai yerlərdə yüksək səsyayıcı qabiliyyətə malik oyuncaqlardan istifadə olunması nəticəsində həddən artıq səs-küy yaranır ki, bu da bəzən əhali arasında haqlı narazılığa səbəb olur. "Məlum göstərişdə belə pirotexniki məmulatların istifadə olunması hallarının qarşısının alınması üçün polis orqanları tərəfindən təxirəsalınmaz tədbirlərin görülməsi tələb olunur", - rəis müavini deyib. Geri qayıt |