Əsas Səhifə > Ölkə, Manşet > ŞAHİN MƏMMƏDOV QAÇQINLARI BAKIYA YÖNƏLTDİ
ŞAHİN MƏMMƏDOV QAÇQINLARI BAKIYA YÖNƏLTDİ6-06-2013, 12:27 |
20-YƏ YAXIN LAÇINLI AİLƏ YÜRÜŞƏ BAŞLADI DİA.AZ: - Xəbər verdiyimiz kimi, Ağcabədidə yerli məmurlardan biri, rayon Meşə Mühafizəsi İdarəsinin müdiri Müzəffər Cəfərov bir qrup qaçqının evini uçurub. DİA.AZ-a bu barədə şikayət edən Laçından olan qaçqınlar bildiriblər ki, M.Cəfərov səlahiyyətlərindən sui-istifadə edərək, 10 nəfər adamla 1992-ci ildən Ağcabədidə məskunlaşmış Laçın rayonundan olan məcburi köçkünlərinin yaşayış yerlərini traktorla uçurdub. Şikayətçilər bildiriblər ki, buna səbəb onun əvəllər məcburi köçkünlərdən aldığı pulu indi ala bilməməsidir. «Biz məcburi köçkünlər müvəqqəti olraq icarə götürdüyümüz torpaqlarımızda və yaşadığımız obalarda 10.000 (on min)-dən artıq ağac əkmişik. Müzəffər Cəfərov isə qrunt sularının qabağını kəsib əl ilə əkilmiş meşə zolaqlarını tamamilə məhv edib otlaq sahəsinə çevirib. Ağcabədi rayon Meşə Mühafizəsinin balansında olan torpağın hər bir hektarından icarə adı ilə 50 manat pul alıb dolayı yollarla mənimsəyib». Şikayətçilər qeyd ediblər ki, məsələ ilə əlaqədar Ağcabədinin icra başçısı başçısı Şahin Məmmədova və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etsələr də, bu günə kimi kimsə onların şikayətinə baxmayıb. Qeyd edək ki, M.Cəfərovun bu şəkildə davranmasının əsas səbəbləri açıqlanıb. Məlum olub ki, Meşə Mühafizəsi İdarəsinin müdirini həmin posta təyinatını Ağcabədi rayon icra başçısının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əbülfət Tapdıqov təşkil edib. Belə ki, Tapdıqov M.Cəfərovun himayədarına çevrilib və bu gün də qaçqınların evlərinin uçurulması ilə bağlı göstərişi də onun verdiyi deyilir. Məlumatlara görə, Tapdıqovun bu cür işləri çox olub. Belə ki, onun əvvəllər də pul qazanmaq üçün belə addımlar atıb. Rayonda isə deyirlər ki, icra başçısının müavininin seçki ilində belə bir addım atması qaçqınları hökumətdən narazı salmağa hesablanıb. Onun bu hərəkətlərindən qəzəblənən məcburi köçkünlər günün birində Ağcabədidə etirazlara başlayacaqlar ki, bu da indiki məqamda heç kimə sərf etmir. Təkcə Tapdıqovdan başqa. Görünür, o, bulanıq sudan balıq tutmaq fikrindədir. DİA.AZ-a daxil olan son məlumatdan aydın olur ki, sözügedən problem səbəbindən 20-yə yaxın qaçqın ailəsi hazırda Bakıya üz tutublar. Onların nümayəndəsinin redaksiyamıza bildirdiyinə görə, Ağcabədi rayon icra hakmiyyəti əslən Laçından olan qaçqınların problemlərini həll etmək əvəzinə onları hətta təhqir də edib: “Qaçqınlara bildirildi ki, bura Ağcabədidir. Siz də gedin Laçında haqqlarınız tələb edin”. Hazırda Bakıya gələn Laçın sakinlərinin Prezident Administrasiyası qarşısında aksiya keçirməsi planlaşdırılır. Əlavə məlumatları diqqətinizə təqdim edəcəyik. Bizi izləyin. Geri qayıt |