Əsas Səhifə > Ölkə, Manşet > ƏZİZ ƏZİZOV «12 FEVRAL»IN İLK QURBANI OLACAQ
ƏZİZ ƏZİZOV «12 FEVRAL»IN İLK QURBANI OLACAQ11-06-2013, 15:07 |
RAMİZ MEHDİYEVİN TƏŞƏBBÜSLƏRİ HƏDƏFƏ ALINIR DİA.AZ: - «Cəlilabadın icra başçısının durumu fənadır və o, prezidentin 12 fevral müşavirəsinin nəticəsi kimi dəyərləndiriləcək ilk qurbana çevrilə bilər». Bu ilginc məlumatı DİA.AZ-a verən hökumət içindəki mənbə iddia edir ki, Əziz Əzizov qarşıdan gələn prezident seçkilərinə qədər ələnəcək icra başçılarından biri ola bilər. Xatırladaq ki, bu ilin fevral ayının 12-də prezident İlham Əliyev icra başçılarını toplayaraq ona və cəmiyyətə sərt reaksiya vermiş oldu. Həmin iclasda üzünü icra başçılarına tutaraq «sizi mən təyin etmişəm» deyən prezident əslində Ramiz Mehdiyevlə bağlı aparılan təbliğata da sərt reaksiyasını diqqətə çatdırmaqda idi. Ən önəmli olanı isə prezidentin icra başçılarını özlərini ayrıca xan kimi aparmalarına sərt reaksiyası idi. Amma bundan sonra Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin də icra başçıları ilə ayrıca toplantısı oldu və bu toplantının ekspertlər tərəfindən «Mehdiyev özünü sübuta çalışdı və bu toplantısı ilə 12 fevral müşavirəsini kölgədə qoymaq niyyətində bulundu» şəklində dəyərləndlirilməsi də təsadüfi deyildi. Bununla bağlı DİA.AZ-a danışan mənbə bildirir ki, məhz bu kimi məqamları nəzərə alaraq bir sıra rayon icra hakimiyyətləri başçılarının sərt formada cəzalandırılmaları nəzərdə tutulur ki, onların da sırasında ilk yerdə gələni illərdir Cəlilabada rəhbərlik edən Əziz Əzizovdur: «Əziz Əzizov eyni zamanda qanunsuz spirt biznesi məsələsi ilə bağlı da «silis»ə çəkildiyindən onun bu gün «rasxod»a verilməsi daha çox gözlənilən idi». Mənbə əlavə edib ki, 12 fevral müşavirəsinin «nəticələri» cəmiyyətdə hiss olunmasaydı, o zaman bu müşavirənin əhəmiyyəti də olmayacaqdı: «Yəni tədbirlər olmalı idi. Və artıq cəza maşını işə düşməkdədir. Daha kimlər «vurulacaq»? - Bunu isə zaman göstərəcək». Geri qayıt |